Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə141/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   137   138   139   140   141   142   143   144   ...   174
             
                           
                          Ayrılıq belə düşdü
 
 
173 
Qoruqçu Babışın gələndə səsi, 
Təngiyərdi çobanların nəfəsi. 
O, Bığlı Əsgərin hər bəhsə-bəhsi, 
Almanlarla söhbət, sözü bəs hanı? 
 
Qara Söyün, Məsim, Cəmşid, Qara Əziz, 
Dövlətdən bol olub, ürəkdən təmiz. 
Cənnət olub Göyçə kimi yerimiz
Qantəpəri, ələyəzi bəs hanı? 
 
Qoçaq olub Qara Məmməd deyirlər
Ağır yaralanıb Hümbət deyirlər. 
Kalvayı Məsimə rəhmət deyirlər
Susdurarmış çox dinsizi bəs hanı? 
 
İsfəndiyar, Şaban, Yunis, Hidayət, 
“Qızılhacıllı”da baş imiş əlbət. 
Nənəş oğlu Məhərrəmə min rəhmət, 
Hasanqulunun xırman tozu bəs hanı? 
 
Aşıq Nəcəf оlub sənətdə qəvvas
Ziyaddan, Surхaydan qalıb хоş avaz.
1
 
Zurnada hеç kimsə Mehbalı оlmaz, 
Hidayətin tеlli sazı bəs hanı? 
 
“Babalar”da bir Hətəmxan olubdu
Əhməd kişi huşyar insan olubdu. 
Ağakişi yaxşı çoban olubdu, 
Bəslədiyi qoyun, quzu bəs hanı? 
                                                 
1
 Ziyad və Surxay aşıq olublar. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin