Sərraf Şiruyə
190
Bəlkə yaddaşımdan çıxanlar oldu,
Könüllər yandırıb, yaxanlar oldu.
Mənə tərsə-tərsə baxanlar oldu,
Giley-güzar, söhbət-sözü bəs hanı?
Hasоy əmim yaхşı batdı savaba,
О dеdi mən yazdım, budur kitaba.
Bir gün də dеyəcək bu еl, bu оba:
Şiruyədən qalan yazı bəs hanı?
***
İndi söz sizindir, əziz cavanlar,
Bizdən sonra bu dünyada qalanlar.
Qoymayın ortaya düşə yamanlar,
Övladısız bir torpağın, bir suyun,
Yadlar girə ortalığa qoymuyun.
Əl-qol atın, darda, gendə bir olun,
Hər əməldə, hər amalda pir olun.
Özgələrə açılmayan sirr olun,
Birləşin ki, yadlar sizi əyməsin,
Qəlbinizə bir kimsənə dəyməsin.
Unutmayın babaları siz Allah,
Ataları, anaları siz Allah,
Eyləməyin xataları siz Allah,
Bir bəd kəlmə adınıza gəlməsin,
Dərdinizi bir özgəsi bilməsin.
|