Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə157/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   153   154   155   156   157   158   159   160   ...   174
             
                           
                          Ayrılıq belə düşdü
 
 
189 
İsrafil – oğulu – Zahid və Sədi, 
Nemət müəllim getdi, yer-göy göynədi. 
Rəhim
1
 məclislərdə şeir söylədi
Topladığı, dastan, yazı bəs hanı? 
 
İslam Söyün oğlu yurdu dəyişdi, 
Doğma obasından aralı düşdü. 
Hacı qocalıqla çətin ötüşdü
İsoy, – elin şeirbazı bəs hanı? 
 
Yaddan çıxmaz Camal oğlu Albaba
Həlim, xoşniyyətli olan bir baba. 
Şıltaq Namazəli çatdı hesaba, 
Çingizin de əyri, düzü bəs hanı? 
 
Yetim Maarif zillət çəkdi nə qədər
Eldarın da ömrü tez getdi hədər. 
Saydım kişiləri axır bu qədər
Elin neçə sərvinazı bəs hanı? 
 
Fikri dayaz mətləbimi az anlar, 
Eh, nə çoxdu sözü tərsə yozanlar. 
Uzun, gödək Abbasəli – ozanlar, 
Şairlinin o, Novruzu bəs hanı? 
 
Uçmuş könül evim yapa bilmirəm, 
Həsrətim sal qaya – çapa bilmirəm. 
Ürəyim istəyir tapa bilmirəm
Şoşan, qımı, ya qoşquzu bəs hanı? 
                                                 
1
 İsmayılov Rəhim nəzərdə tutulur. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin