Sərraf Şiruyə
26
İlahinin güc-qüdrəti,
Bilmirsənmi deyildir az.
Mən o qüdrət sahibinin,
Ətəyindən yapışmışam.
O eşq ilə bu xəyaldan,
Bu məqsəddən yapışmışam.
Ümidim də, gümanım da,
Bir olan Allahdı ancaq.
Varlığıma, vücuduma,
O şəriksiz şahdı ancaq.
Dar günümdə, gen günümdə,
O mənə pənahdı ancaq.
Ondan nicat, ondan nüsrət,
Ondan təpər diləyirəm.
Yol-yoldaşım odur ancaq,
Ondan hünər diləyirəm!
O gözümə nur verəcək,
Dizimə təpər verəcək.
Qələmimə güc verəcək,
Sözümə şəkər verəcək.
Qoymayacaq darda məni,
Hər şeyi yetər verəcək.
Enişim də, yoxuşum da,
Mənə düzən olacaqdı.
Yollarımda nə bir duman,
Nədə ki, çən olacaqdı.
|