27
Əyyubun yaralarına,
O qüdrətdən məlhəm gəldi.
Yaqub yetişdi vüsala,
Ortalığa bir dəm gəldi.
Züleyxa yetdi gəncliyə,
O, Yusifə həmdəm gəldi.
Musanı xilas eyləyib,
Fironu dəryaya saldı.
Nəmrudları, Şəddadları,
Necə ağır vaya saldı.
– Budur indi qulağıma,
Bir xoş səda gəldi yenə.
Dedi: – Tanrı hər arzunu,
İstəyini bildi yenə.
“Bismillah” de, çıx səfərə,
Bəxt üzünə güldü yenə.
İlahinin xoş nəzəri,
Hər an sənlə olacaqdı.
Hər dediyin hikmətli söz,
Könülləri alacaqdı.