|
Ayrılıq belə düşdü
65
Oxucum mətləbdən uzaşdım bir az,
Aydınlıq gətirmək məncə pis olmaz.
Qayıdaq yenə də mətləb üstünə,
Əli girdi bağ salmağın qəsdinə.
Fikirləşdi – Basarkeçər, Qoşabulaq,
Ağacdan ağaca vururlar calaq.
Biz isə bir ağac əkə bilmirik,
Bu haqda heç niyə bəs düşünmürük.
Əlaqə saxladı ətraf kəndlərlə –
Bu ətrafda bitən hər meyvələrlə.
Oxudu lazımi kitabları da,
Dinlədi bağ salan bağbanları da.
Öyrəndi nə zaman əkmək lazımdı,
Budamanı necə etmək lazımdı.
Qışın şaxtasından necə qoruyaq,
Dayaq payaları haradan vuraq.
Bunların hamısını öyrəndi Əli,
Dərələyəz səmtə yollandı Əli.
Ordan hər cür meyvə tingi gətirdi,
Bir bağ saldı alma, armud bitirdi.
|
|
|