Sərraf Şiruyə
100
Şeirin sonluğu bitməmiş hələ,
Artıq başa çatdı böyük fasilə.
Daxil oldu sinfə Ramazan müəllim,
Ədəbiyyat dərsi: şeir, qəzəlim.
Bir də təkrarladı heca vəznini,
Dedi Füzulinin bir qəzəlini.
Əruz vəzni haqda başladı dərsə,
Uşaqları o gətirdi həvəsə.
Hecayla
ölçülmür burda sətirlər,
Ayrı bir aləmdi bölgü-bəhirlər.
Böyük Seyid Əzim, böyük Füzuli,
Dahi Nizaminin, Vahidin dili.
Nə qədər mənalı qəzəl söyləmiş,
Onun hikmətini bəyan eyləmiş.
Hecayla
əruzun fərqi deyildi,
Dərsin məzmununu uşaqlar bildi.
Bir-bir qəzəl dedi indi uşaqlar,
Geri qaydaydı kaşki o çağlar.
Müəllim Vilayətə
söz verdi bu an,
Bu dinməz Vilayət dilləndi yaman.