101
Gözlərim yollardadır, sevdiyim canan gələcək, Məni odlara salan qaşları kaman gələcək. Nə vaxtdan həsrətini çəkibəm müstər olmuşam, Haqq göndərib dərmanımı, o təbib-loğman gələcək. Bu da Zülfüqarın ürəyindəki:
Elə dediyi tək olaydı təki!
Salıbdı öz kəməndinə bir boyu bəsdə məni, Aparır qəm evinə necə də ahəstə məni. Sinəmdə eşqin odu, başımda sevda xəyalı, Çəkir hicran bağına bir bülbül həvəsdə məni.
Müəllim üzünü İlhama tutdu,
İlham hər bir şeyi sanki unutdu.