|
Sərraf Şiruyə
118
Qəza gəldi, yurd yuvalar dağıldı,
Faciəli bu bir böyük nağıldı.
Əli kişi ayrılanda evindən,
Ah-nalələr qopdu onun dilindən.
Məhlə torpağından boxça bağladı,
Böyük töhfə kimi onu saxladı.
İlhamı bürüdü onda göz yaşı,
İki kubik boyda yekə bir daşı.
Götürüb yüklənən maşına qoydu,
Bu nisgil, bu həsrət qəlbini oydu.
Bakının Xırdalan yolunda o daş,
Böyük nişangaha dönübdü qardaş.
Yazılıb üstünə “Göyçənin daşı”,
Həmən sözlər ilə bir də yanaşı.
İlham Xəlilovun yazılıb adı,
O daş çoxlarının olub imdadı.
Göyçə yanğısını söndürən daşdı,
Sınıq könülləri dindirən daşdı.
Bu daş təmsil edir burda Göyçəni,
O daş haraylayır məni həm səni.
|
|
|