|
Sərraf Şiruyə
126
Hazırlaşdı yola Əli, Sumaya,
Dost-qohum sevindi bu haqqı-saya.
Hərə qəlbindəki diləyi dedi,
Apar bizdən də bu ürəyi – dedi.
Göyçə torpağını götürdü Əli,
Tanrı dərgahına açıldı əli.
Şükürlər eylədi Ulu Tanrıya,
Təyyarə Bakıdan qalxdı səmaya.
Ax necə uzandı bu iki saat,
Ola bilməyirdi Əli heç rahat.
Vüsal göz yaşları onu boğurdu,
Sanki, gözlərindən leysan yağırdı.
Bir-birini tanımayan doğmalar,
Necə görüşəcək görəyin onlar.
Cüt bacı, bir qardaş əldə dəstə gül,
Təyyarə səmada görüncək qəfil.
Reyhan, Ayhanın titrək səsləri,
Ətrafda dayanan hər bir kəsləri.
Həm də ki, İrfanı kövrəltdi yaman,
İrfan dizi üstə çökdü bu zaman.
|
|
|