Ayrılıq belə düşdü
125
Bu böyük bir doğmalıq,
Bu böyük bir həqiqət.
Bu böyük bir sədaqət,
Bu ən böyük bir hikmət.
Türkiyə, Azərbaycan –
Biri ürək, biri can.
Türkiyə, Azərbaycan –
Biri nəfəs, biri can.
Türkiyə, Azərbaycan –
Bir camaldı, iki göz.
Türkiyə, Azərbaycan –
İki ürəkdə bir söz.
Oxucum, keçmişi bir sal yadına,
Demişdim haqq çatar el imdadına.
Tanrı qapı açar, bir loğman gələr,
Ümid ilə dolu, xoş zaman gələr.
Əliylə Niftalı görüşməsə də,
Onlar qucaqlaşıb, öpüşməsə də.
Övladlar bir-birini görə biləcək,
Gələcək, belə bir zaman gələcək.
Yetirdi İlahi həmən zamanı,
Verdi hər tərəfə bir xoş gümanı.
Əmisinə dəvət göndərdi İrfan,
Atanın ruhu da şad oldu bu an.
|