|
Sərraf Şiruyə
124
XVIII
ƏLİNİN TÜRKİYƏYƏ GEDİŞİ
Sovet dövləti ki, tamamən çökdü,
Sərhəd dirəyini hər tərəf sökdü.
Qovuşdu bir-birinə uzanan əllər,
Qovuşdu bir-birinə bu həsrət ellər.
Araz gəl-gəl dedi o tay, bu taya,
Əllər, qollar körpü oldu bu çaya.
Vüsal göz yaşları çaya töküldü,
Tikanlı sərhədlər tamam söküldü.
İllərlə gülməyən Arazın üzü,
Ötürdü zülməti, tapdı gündüzü.
Ucaltdı səsini qardaş Türkiyə,
Qanbir qardaşına can deyə-deyə.
Anıldı Atatürk böyük atamız,
Açdı qollarını Heydər babamız.
Hər iki tərəfə tutdu üzünü,
Belə aşkarladı o, haqq sözünü.
“Bir millət, iki dövlət”,
Bu böyük bir məhəbbət.
|
|
|