Sərraf Şiruyə
12
Tapdıq, Tanrıverdi, Namaz, Təvəkkül,
Yaqub haqdan memar idi elə bil.
Səxa əhli Lətif köç etdi qəfil,
Sən onlarla soraq idin, Daşkəndim.
Bir an unutmaram Səfxan müəllimi,
Bu yazıya o öyrədib əlimi.
Ruhum gəlib yoxlayacaq elimi,
Mənə doğma qucaq idin, Daşkəndim.
Əli Əziz oğlu təsifdə təkmiş,
Xasaylar
1
şeirlə hikmətlər əkmiş.
Əliyev Söyünlə, Hümbət çox demiş
Dinsizlərdən iraq idin, Daşkəndim.
Tat Süleyman danəndəydi söhbətdə,
Qız, gəlinlər mömün idi ismətdə.
Şəriətdə, təriqətdə, sənətdə,
Şölə saçan çıraq idin, Daşkəndim.
İnsanlıqda layiq idi bəyliyə,
Tavariş can atdı hər an eyliyə.
Ayrıc idin Sədərəyə, Zəyliyə,
Yolumuza mayaq idin, Daşkəndim.
İgidlərin şahı, xanı səndəydi,
Meydanların pəhləvanı səndəydi.
Seyid Bayram xanimanı səndəydi,
Məbəd idin, ocaq idin, Daşkəndim.
1
Xasay Hacıyev və Xasay Zeynalov nəzərdə tutulur.
|