Sərraf Şiruyə
128
Bu sevincdən göz yaşların içində,
Gülüşə bax, gülüşə bax, sən Allah.
Ötən illər qar yağdırıb saçına,
Son qoyubdu cavanlığın tacına.
Vüsal elçi təpər verib qıçına,
Yerişə bax, yerişə bax, sən Allah.
Yol aldı şəhərə maşın limandan,
Əli xahiş etdi, indi İrfandan.
Əvvəl Niftalıyla görüşək, gedək,
Sarmaşaq, doyunca öpüşək gedək.
Lənət ötən günə, ötən zamana,
Bizi yetirmədi ümid, gümana.
Ankarada böyük bir məzarıstan,
Daşlar xəbər verir qohumdan, dostdan.
Bu da Niftalının nakam məzarı,
Gülə büləyibdi öz övladları.
İlahi, – nə dəhşət, daş qardaş olub,
İndi Əli ilə başabaş olub.
Əli sarmaşıq tək sarılıb daşa,
Adi daş dönübdü qanbir qardaşa.