Sərraf Şiruyə
132
Şimala, cənuba bölünən ölkə,
Əsarət halında sürünən ölkə.
Qırmızı İmperiya zəncirindəydi,
Hökümlər, qərarlar çox dərindəydi.
“Kulak”lıq, sürgünlük baş alıb, gedir,
Səbəblər, günahlar bilmirsən nədir?
Harda
səbəb soran bir nəfər varsa,
Döyülür, söyülür salınır qarsa.
1
Hakimlik eyləyir komsomolçular,
Talayır hər yanı bu soyğunçular.
Əlindən alınıb hər kəsin varı,
Yoxdur özündə də öz ixtiyarı.
Yaşaya
da bilməz öz adətincə,
Quldarlıq, qulluqdu bu hallar məncə...
Yasaq olunubdu adət, ənənə,
Cəzalar verilir Allah deyənə.
– Allahsız bileti paylanır xalqa,
Haqsız qılınc tutur İlahi, haqqa.
1
O vaxtkı türmə nəzərdə tutulur.