Ayrılıq belə düşdü
133
Yaratdığın bəndə gör nələr edir,
Sənin qüdrətinə tənələr edir...
Sən şahidsən ya Rəhman, ya Rəhim,
Qadağan olunub “Qurani-Kərim”.
Gizlənib qalıbdı axund, mollalar,
Gedir ortalıqda bir özgə hallar.
Quran da oxunmur ölüb, gedənə,
Musiqi səslənir hey dönə-dönə.
Xaçpərəst adəti düşübdü dəbə,
Müsəlmanlıq qoyulubdu hədəfə.
Deyənməzsən Allah, imam, peyğəmbər,
Desən gör başına gələcək nələr...
Hətta yaz gəlişi “Novruz” bayramı,
Ehtiyatla dolanardı el hamı.
Yasaq etmişdilər bu bayramı da,
Bir ehtiyat gərək idi hamıda.
Gizlin eyləməli nə var adəti,
Ancaq adətlərə el məhəbbəti –
Qoymurdu adətlər silinə, itə,
Millət yad vərdişə, adətə yetə.
|