|
Ayrılıq belə düşdü
129
Daş tamaşa edir, Əli ağlayır,
Dilsiz başdaşını hey qucaqlayır.
Göyçə torpağını səpir məzara,
Böyük təsəllidi bu uşaqlara.
İndi doğma evə yetişir onlar,
Dönür xatirəyə bütün olanlar.
On gün qonaq qaldı Əli, Sumaya,
Nə qədər yerlilər gəlir bu haya.
Nə qədər süfrələr açılır bu an,
Özünü yetirir yenə vaxt, zaman.
Yenə də ayrılıq, yenə də həsrət,
Əli qəbristana gəlir nəhayət.
Gəlib Niftalıyla vidalaşır o,
Bu cansız daş ilə hey baxışır o.
Bu anda qəlbindən keçən fikirlər,
Bizə də, sizə də gör deyir nələr.
Dostları ilə paylaş: |
|
|