Sərraf Şiruyə
164
Sənin məsləhətin apardı, getdi,
Günah dünyasından qopardı, getdi.
Şükür olsun sənin məsləhətinə,
Şükür olsun sənin hər qüdrətinə.
Sən mənim Allahım, mən sənin bəndən,
Nicat diləyirəm yenə də səndən.
Ya Səyidəs Sədat, mühibbət dəvat,
Rafiəl dərəcat, Qabilət təvbat.
Vəliyyəl Həsənat, Mütüil Məsəllat,
Bir haqqı-ədalət səndən istərəm.
Qafiyəl, Səfiat, Səmiyəl, Əsvat,
Aliməl, Xəfiyyat, Dafil bəliyyat.
Sirdi yaratdığın yer, göy, kainat,
Haqq yola hidayət səndən istərəm.
Yamən Ləhül izzəti vəl cəmalü,
Yamən Ləhül qüdrəti vəl kəmalü.
Dostları ilə paylaş: |