Ayrılıq belə düşdü
161
Demə ataların gümanı yalan,
Şöhrətə uyanın imanı yalan.
Dost sayma ilqarı, peymanı yalan,
Əfsanə dostunu, nağıl dostunu.
Atanın oğluna
bu son dərsiydi,
Onun dada çatan nəsihətiydi.
İlham da
xoş bilib o nəsihəti,
Fikrində, işində qətidi, qəti.
Atdığı addımı inamlı atır,
Zəhmətdən yapışıb, arzuya çatır.
Gah Bakıda olur, gah Türkiyədə,
Nəsihəti unutmayır heç vədə.