Sərraf şİruyə


Bacar düşmənini dostuna çevir



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə130/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   126   127   128   129   130   131   132   133   ...   174
Bacar düşmənini dostuna çevir, 
Düşmənə çevirmə oğul, dostunu. 
Bütün dostlarından gərəkdir sənə, 
Buraxma əlindən ağıl dostunu. 
 
İgidin, igidlik tacı dəyişməz, 
Yüz calaq vursan da acı dəyişməz, 
Çölü dəyişsə də, içi dəyişməz, 
Tez eylə başından paxıl dostunu. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
161 
Demə ataların gümanı yalan, 
Şöhrətə uyanın imanı yalan. 
Dost sayma ilqarı, peymanı yalan, 
Əfsanə dostunu, nağıl dostunu. 
 
Atanın oğluna bu son dərsiydi
Onun dada çatan nəsihətiydi. 
 
İlham da xoş bilib o nəsihəti
Fikrində, işində qətidi, qəti. 
 
Atdığı addımı inamlı atır, 
Zəhmətdən yapışıb, arzuya çatır. 
 
Gah Bakıda olur, gah Türkiyədə, 
Nəsihəti unutmayır heç vədə. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin