157
XXII HƏYAT DAVAM EDİR Yenə üz-üzədi oğulnan ata,
Oğulu gətirən bax bu həyata.
Ata cansız daşdı, danışmır, dinmir,
Bu gəliş, gedişi bəlkə də bilmir.
İlhamın qəlbindən keçənlər nədi...?
Deyək o sözləri indi vədədi.
Səsləyirəm, səs vermirsən, Dar günümə dayaq ata. Sən olmusan əzəlindən, Həyatıma mayaq ata. Hər çətini yara-yara, Hər sitəmi qıra-qıra. Üz tutduğum hər cığıra, Oldun nurlu çıraq ata.
Ata danışsaydı deyərdi: – Oğul,
Hər insan ömrü sirli bir nağıl.
Bəlkə bir dastandı, bir hekayətdi,
Bu nə ahuzardı, nə müsibətdi.
Dünya hikmətinə yaxşı nəzər sal,
Səni aparmasın qeyri bir xəyal.