Sərraf Şiruyə
160
Tamaha, nəfisə çox da aldanma,
Nahaqq tərəfində heç vaxt dayanma.
Çox kəsərli olur haqqın qərarı,
Əzəl, axır sən görəcən bunları.
Sındırma özünü dar ayaqda da,
Şax dur, nikbin dayan hər bir çağda da.
Hökümlü olanda hökmə güvənmə,
Aqillər yanında əvvəldən dinmə.
Hər kini, küdrəti at ürəyindən,
Onlar qoy verməsin çat ürəyindən.
Düz ol, düz həmişə əyrini kəsir,
Həyat hikmətləri bax belə deyir:
Dostları ilə paylaş: