Sərraf Şiruyə
158
Gəlib, gedəcəkdi yaranmış insan,
Bunu yaxşı anla, bunu yaxşı qan.
Hanı, məndən qabaq, gələnlər hanı?
Görə bilirsənmi Şah Süleymanı?
Tanrının sevdiyi beş gözəl hanı?
Adəm, – ilkin gələn o əzəl hanı?
Neçəsini sayım, ay oğul sənə?
Nədir müraciətlər edirsən mənə.
Atalıq borcumu mən yetirmişəm,
İndi vaxtım çatıb, bura gəlmişəm.
Sən də öz borcunu yetir yerinə,
Qardaşın, bacının sən hər birinə.
Atalıq, qardaşlıq qayğısı göstər,
Yetiş harayına tutarın qədər.
Sən ata əvəzi, böyük qardaşsan,
Hər birinə pənahdarsan, sirdaşsan.
Dost ol Mahir ilə, qardaş olsan da,
Bir ol hər bir anda ayrı qalsan da.
Yoxla Nurəlinin uşaqlarını,
Nəslinin, kökünün uzaqlarını.
|