Ayrılıq belə düşdü
159
Yad bilib, heç zaman uzaşma ondan,
Bağlan el-obaya ürəkdən, candan.
El sənin arxandı, el köməyindi,
Eldən gələn hörmət öz əməyindi.
Eldən aralansan yazıq olarsan,
Oğul, təklənərsən darda qalarsan.
Elindən elm öyrən, elindən dərs al,
Elin ürəyində özünə yurd sal.
Eldən dərs alasan, gərək el üçün,
Yaşayıb, öləsən el deyə-deyə.
Gülə sərf eyləyər bülbül ömrünü,
Köçər bu dünyadan gül deyə-deyə.
Cəsarət odur ki, zirvələr aşa,
Sel kimi kükrəyə, daşqın tək daşa.
Elin hörmətiylə çəkilə başa,
Xainə, xəbisə öl deyə-deyə.
Dostları ilə paylaş: |