Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə127/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   123   124   125   126   127   128   129   130   ...   174
Sərraf Şiruyə             
                           
                          
 
 
158 
 
Gəlib, gedəcəkdi yaranmış insan, 
Bunu yaxşı anla, bunu yaxşı qan. 
 
Hanı, məndən qabaq, gələnlər hanı? 
Görə bilirsənmi Şah Süleymanı? 
 
Tanrının sevdiyi beş gözəl hanı? 
Adəm, – ilkin gələn o əzəl hanı? 
 
Neçəsini sayım, ay oğul sənə? 
Nədir müraciətlər edirsən mənə. 
 
Atalıq borcumu mən yetirmişəm, 
İndi vaxtım çatıb, bura gəlmişəm. 
 
Sən də öz borcunu yetir yerinə, 
Qardaşın, bacının sən hər birinə. 
 
Atalıq, qardaşlıq qayğısı göstər, 
Yetiş harayına tutarın qədər. 
 
Sən ata əvəzi, böyük qardaşsan, 
Hər birinə pənahdarsan, sirdaşsan. 
 
Dost ol Mahir ilə, qardaş olsan da, 
Bir ol hər bir anda ayrı qalsan da. 
 
Yoxla Nurəlinin uşaqlarını, 
Nəslinin, kökünün uzaqlarını. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin