Sərraf Şiruyə
18
İLHAMIN
Xəlilov İlham Əli oğluna
Göyçədən Bakıya gətirdiyi daş,
Təsəllisi, sirdaşıdı İlhamın.
Göyçə əbədilik əli üzülən,
Nurəlitək qardaşıdı İlhamın.
Xəyalları yol açdıqca o yerə,
Ah çəkib, of deyir gündə min kərə.
Çiçəkli dağ, güllü çəmən, gen dərə,
Gözlərində qəm yaşıdı İlhamın.
Şiruyə, ülfət qur, dərindən tanı,
Bu vətən qəmxarı olan insanı.
Qəlbində dolanan ümid-gümanı,
Həsrət, vüsal savaşıdı İlhamın.
03.10.2014
|