SƏrraf şİruyə



Yüklə 2,99 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix05.05.2017
ölçüsü2,99 Kb.
#16928
1   ...   6   7   8   9   10   11   12   13   14

GETDİ 
 
Ömrüm, günüm əzəlindən, 
Qara gəldi, qara getdi. 
Duyan qəlbim, duyan könlüm
Yara gəldi, yara getdi. 
 
Açılmadı qaranlığım, 
Çəkilmədi dumanlığım. 
Heç bilmirəm cavanlığım, 
Hara gəldi, hara getdi. 
 
Sayılmadı hörmətim də, 
Zəhmətim də, zillətim də. 
Şiruyəyəm, qismətim də, 
Para gəldi, para getdi. 
 
 
 
QURBANIN OLUM 
 
Gen günündə kölgən ilə sürünən, 
Ehtiyac dostudu, qurbanın olum. 
Sən xoşbəxt bildiyin neçə ürəklər, 
Yaralı, yaslıdı, qurbanın olum. 
 
Bərqərar olandan dünyanın himi, 
Didib parçalayır bir bax kim kimi? 
Həqiqət pərdəsi, ədalət simi, 
Hələ də paslıdı, qurbanın olum. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
214 
Əgər can verilsə torpağa, daşa, 
Onlar da var üçün girər savaşa. 
Xəyanət edirsə qardaş-qardaşa, 
Şan-şöhrət qəsdidi, qurbanın olum. 
 
Eşit Şiruyədən gəl yaxşı-yaman: 
Çox dosta, sirdaşa bağlama güman. 
Qoca zəmanənin çaldığı kaman, 
Zildədi, pəsdədi, qurbanın olum. 
 
 
 
GEDİRƏM 
 
Kürəyimə şəllədiyim dostları, 
Üzaşağı tökə-tökə gedirəm. 
Fil çəkə bilməyən günahlarımı, 
Öz-özümə çəkə-çəkə gedirəm. 
 
Ümid umdum, dost hənirti vermədi, 
Ha suladım, heç göyərti vermədi, 
Yaxşılığım bir cücərti vermədi, 
Yamanlığı əkə-əkə gedirəm. 
 
Şiruyəyəm, dağlar aşdım şələmlə, 
Yaşadım ömrümü dərdlə, ələmlə. 
Daş qaldırıb, hörgü hörüb qələmlə, 
Söz mülkünü tikə-tikə gedirəm. 
 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
215 
 
QİSMƏT, YA QİSMƏT 
 
Taleyin hökmünü elə görmüşəm
Beş arşın ağa da qismət, ya qismət! 
Nəsib olacaqmı, olmayacaqmı? 
Qara torpağa da qismət, ya qismət! 
 
Çox sönüb alışan ocaqlar, odlar, 
Silinib yaddaşdan ünvanlar, adlar. 
Dura başım üstə doğmalar, yadlar – 
Yaxın, uzağa da qismət, ya qismət! 
 
Tapa biləcəkmi bir pənahını? 
Şiruyə görəndə öz günahını. 
Deyə biləcəkmi bismillahını? 
Dilə-dodağa da qismət, ya qismət! 
 
 
 
BU DÜNYAYA MƏN 
 
Bilirəm ki, dünya qonaq evidi, 
Yığışa bilmirəm bu dünyaya mən. 
Şirə tamahına öyrənməmişəm, 
Sarışa bilmirəm bu dünyaya mən. 
 
Anlamıram atəşəmmi, odammı? 
Qəmdəyəmmi, yasdayammı, şadammı? 
Doğmayammı, yaxınammı, yadammı? 
Qarışa bilmirəm bu dünyaya mən. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
216 
Yad ayaqda tapdalanan yurdum var, 
Əsir olan neçə-neçə mərdim var, 
Şiruyəyəm, dünya boyda dərdim var, 
Sığışa bilmirəm bu dünyaya mən. 
 
 
 
BOYANA 
Təcnis  
Bahar gələ, dağlarda qar əriyə, 
Çəmən, çiçək nur selinə boyana, 
Dan sökülüb, günəş yarıb zülməti, 
Belə vaxtı yatarammı boy, ana! 
 
Süsən, sünbül baş qaldıra dərədə, 
Nişanlı qız incə-incə dərə də. 
Deyə sevdiyinə – sən də dər, ədə,
1
 
Görmürsənmi ətir saçır boyana.
2
 
 
Xəstə canım yataqdan baş qaldıra, 
Əlin aça, Tanrıya baş qaldıra. 
Bəxt ulduzum eşidə baş qaldıra, 
Şiruyə yağıya verə boy, ana.
3
 
2010-cu il. 
 
 
                                                 
1
 Yəni ay oğlan, sevdiyi oğlana müraciətlə. 
2
 Boyana bitkisinə işarə. 
3
 Yağının, yadın qabağında şax durmaq mənasında. 

             
                           
                          Susma, ürək…
 
 
217 
 
DÜNYADI BU 
 
Mərd ayaqda, namərd başda, 
Yaman karsız dünyadı bu! 
Nadan dəmdə, aqil qəmdə, 
Etibarsız dünyadı bu! 
 
Tərlandan şikar saldırır, 
Qarğaya laçın aldırır. 
Vay dalınca toy çaldırır, 
Necə arsız dünyadı bu! 
 
Kimsə ondan bir bac almır, 
Nə alçalmır, nə ucalmır. 
Nə qarımır, nə qocalmır, 
Saçı qarsız dünyadı bu! 
 
Şəriki yox, böləni yox, 
Hikmətini biləni yox, 
Sevəni çox, qalanı yox, 
Dostsuz, yarsız dünyadı bu! 
 
Şiruyəyəm, dərd, qəmim dağ, 
Gedən gəlməz, gələn qonaq. 
Payı məzar, beş arşın ağ, 
Nə ilqarsız dünyadı bu?! 

Sərraf Şiruyə             
                           
                          
 
 
218 
 
OLMUR 
 
Haqqın, ədalətin arxası yoxdu, 
Deməmək də olmur, demək də olmur, 
Acıdı, şirindi dünyanın dadı, 
Yeməmək də olmur, yemək də olmur. 
 
Tale qul eləyib yamana bizi, 
Gətirmir ilqara, imana bizi, 
Kəndirbaz eləyib zamana bizi, 
Gülməmək də olmur, gülmək də olmur. 
 
Şiruyə, fikirdən yoruldu başın, 
Uydu şöhrətlərə dostun, sirdaşın, 
Haqsız tənələrdən axır göz yaşın, 
Silməmək də olmur, silmək də olmur. 
 
 
 
BİR DƏ 
 
Geri dönə dəli gənclik, 
Sevəm bir də, seçəm bir də. 
O, gözaltı cığırlardan, 
Ürkə-ürkə keçəm bir də. 
 
Çəkəm min bir həsrətini, 
Hicranını, möhnətini. 
Eşqin vüsal şərbətini, 
Yar əliynən içəm bir də. 
 

             
                           
                          Susma, ürək…
 
 
219 
Ay Şiruyə, ömür para, 
Bu yaş hara, arzu hara? 
Bürünəydi alqışlara, 
Günüm bir də, gecəm bir də. 
 
 
 
AY DÖYƏ-DÖYƏ 
Təcnis 
Nə gözəl deyibdi bizim atalar: 
“Pay payı çıxarar, ay döyə-döyə”.
1
 
Bir sərin, sevdalı nur, işıq saçar, 
Qara buludları Ay döyə-döyə.
2
 
 
Nə tez yoxa çıxdız ağzımdan, a tam?
3
 
Qayıda şikarım təzdən ox atam. 
Ustadlıq eləyə yenə də atam, 
“Əlif”, “bey” öyrədə ay döyə-döyə. 
 
Gələcək, gedəcək insan elədi,
4
 
Yaxşı, pis nə varsa insan elədi.
5
 
Şiruyəni yondu insan elədi,
6
 
Həyat, – zindanında ay döyə-döyə. 
                                                 
1
 Atalar sözü “Pay payı döyə-döyə çıxarar” yəni kiməsə pay verərsən ondan 
sənə pay gələr. 
2
 Ay buludları yara-yara işıq saçar. 
3
 Ay cavanlığın, gəncliyin dadı ağzımdan nə tez getdin, istəyirəm birdə səni 
qaytaram. 
4
 İnsan dünyaya gəlib, gedən qonaqdı. 
5
 Dünyada yaxşı-pis nə varsa hamısını insan elədi. 
6
 Həyat sınaqları Şiruyəni kamil insan elədi. 

Sərraf Şiruyə             
                           
                          
 
 
220 
 
YAVAŞ-YAVAŞ 
 
Fələk mənlə bəd başlayıb, sitəmini artırıb, 
Sinəm üstə çalın-çarpaz dağ çəkir yavaş-yavaş. 
Hicran qəmi pərvanədi, cəsədimdi yanar şam, 
Mən yanıram, o qovrulur, yağ çəkir yavaş-yavaş. 
 
Ellər gəlsin nəzər salsın mənim solğun büstümə, 
Qəza məndən uzaqlaşmır, yaman girib qəsdimə. 
Qəm qüssələr hücum çəkir dəstə-dəstə üstümə, 
Sığallayır saçlarımı, ağ çəkir yavaş-yavaş. 
 
Qohum-qardaş yola gedər, aman arvad əlindən, 
Yaşamağa yoxdu zərrə güman arvad əlindən, 
Vəfasız dost, paxıl qonşu, yaman arvad əlindən, 
Biçarə Sərraf Şiruyə ah çəkir yavaş-yavaş. 
  
 
 
DEYİLƏM 
 
Dayazlara baş vurmaram, qəvvasıyam dərinin. 
Əşrəfiyəm bu dünyanın, altunun, zərinin. 
Mən Leylinin Məcnunuyam, Fərhadıyam Şirinin. 
Hər gözəlin mübtəlası, divanəsi deyiləm. 
 
Billur kimi çeşmə axır ürəyimin gözündən, 
Kimin qəlbi kinlidirsə qorxsun özü-özündən. 
İlqarından, peymanından, haqq bildiyi sözündən
Kim dönürsə dönsün nə qəm, mən dönəsi deyiləm. 
 

             
                           
                          Susma, ürək…
 
 
221 
Qanun kimi həkk etmişəm ürəyimə hər vədi, 
Göz önünə gətirmərəm hər alçağı, hər bədi. 
El hörməti mənim üçün bir alınmaz zirvədi, 
O zirvədə yurd salmışam, mən enəsi deyiləm. 
 
Vətəndaşam, Vətənimin səhərindən doymaram, 
Qarşısına yad ayağı keçə, dəyə qoymaram. 
Hər təsadüf işıltını şöləli şam saymaram, 
Hər ocağın, hər çırağın pərvanəsi deyiləm. 
 
Həsrətlərin kədəridi sinəmdəki qəm, kədər. 
Zülmkara, qan tökənə nifrətim var en qədər. 
Şiruyəyəm, saf əməlim əbədiyyət bəxş edər, 
Göydə günəş sönsə belə, mən sönəsi deyiləm. 
 
 
OLDU 
 
Bu dünyanın bəd sifəti, 
Ay insanlar, bizdən oldu, 
Gözlər töküb kor eyləyən, 
Axır özü gözdən oldu. 
 
Özünü şah bildirənlər, 
Başa qappaz endirənlər, 
Od-ocaqlar söndürənlər, 
Oddan oldu, közdən oldu. 
 
Ürəklərə qəm əkdirən, 
Zülm eyləyib, ev sökdürən. 
Şiruyəyə diz çökdürən, 
Diz qatladı, dizdən oldu. 

Sərraf Şiruyə             
                           
                          
 
 
222 
 
GƏTİR 
 
Dostum Köçəriyə 
 
Yenə duman, çiskin alıb qəlbimi, 
Tez gəl gümanıma bir işıq gətir. 
O şirin sözünlə, xoş təsəllinlə, 
Bu sınıq könlümə yaraşıq gətir. 
 
Bəxtim ətək vermir, dolanır gendən, 
Müşkülüm açılmır bağlı düyündən. 
Xətrinə dəymişəm, yar küsüb məndən, 
Dur, gəl ortalığa barışıq gətir. 
 
Şux gözəllər daha baxmır üzümə, 
Fani dünya kül üfürür gözümə. 
Ağlamaq istərəm özüm-özümə
Pəsdən nalə çəkən bir aşıq gətir. 
 
Hal-əhval tut Şiruyətək qaçqından, 
Xəyalı pərişan, fikri çaşqından. 
Ustad Azaflıdan, Vurğun, Daşqından, 
Məclisə bir gözəl danışıq gətir. 
 
 
 
 
 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
223 
DİLQƏMİ 
 
“Kərəmi”dən betər nalə çəkirsən, 
Yaman inləyirsən, inlə, “Dilqəmi”.
1
 
Yəhya bəyin qara gələn bəxtinə,  
Ağlayaq gəl qoşa sənlə, “Dilqəmi”,  
Yaman inləyirsən, inlə, “Dilqəmi”. 
 
Çağır “Tərsə” dağa eli-elatı,  
Qaytar bir anlığa geri həyatı,  
Yəhya bəy çəkdikcə həzin bayatı,  
Gedək harayına mənlə, “Dilqəmi”,  
Yaman inləyirsən, inlə, “Dilqəmi”. 
 
İnlə həzin-həzin, öt həzin-həzin,  
Tellini qasidlə axtarın, gəzin. 
Peşman-peşman namə yazsın nazənin,  
Göndərsin hüzura sənlə, “Dilqəmi”, 
Yaman inləyirsən, inlə, “Dilqəmi”.  
 
İnlə hər səsində bir gümanım var,  
Həsrətin çəkdiyim şux cananım var,  
Mənim də sənintək bəd zamanım var: 
Dinlə ürəyimi, dinlə, “Dilqəmi”, 
Yaman inləyirsən, inlə, “Dilqəmi”. 
 
İnlə, səsin qoy bürüsün hər yanı, 
Bağır bəyin qara gəlsin fərmanı. 
Ötüb, keçsin Şiruyənin karvanı,  
O, ötən dumanla, çənlə, “Dilqəmi”, 
Yaman inləyirsən, inlə, “Dilqəmi”. 
                                                 
1
 Dilqəmi – sazda еl havası, Yəhya bəy və Tеlli xanım dastanında. 

Sərraf Şiruyə             
                           
                          
 
 
224 
 
DÜŞÜB 
 
Dünən şeş-beş verən zərim, 
Bu gün yekə, düyə düşüb. 
Dünən sədr, müdir idi, 
Bu gün işim bəyə düşüb. 
 
Müşgülüm düşüb dərinə, 
Bir dərdim həsrət, biri nə? 
Ər babamın yurd yerinə, 
Deyirlər yad dəyə düşüb. 
 
Bir kimsəsiz itənəm mən, 
Qərib-qərib ötənəm mən, 
Əsir düşmüş vətənəm mən, 
Ahım yerə-göyə düşüb. 
1990-cı il. 
 
 
ŞAİR 
Alqayıtın ölümünə 
 
Sənə yas saxlayır yaralı qartal, 
Yaralı qartalı yoxlayan şair. 
Qarabağ nisgili, Göyçə eşqiylə, 
Ürəyi qəmlərdə çağlayan şair. 
 
Ay eldə axtaran hər gərəyini, 
De, indi danışım, deyim nəyini? 
Bölüb, parçalayıb bir ürəyini, 
Milyon ürəklərə bağlayan şair. 

             
                           
                          Susma, ürək…
 
 
225 
 
Düyünə döndərdi dərd həsrətini, 
Çəkdi neçə-neçə mərd həsrətini
Vətən həsrətini, yurd həsrətini, 
Əbədi qəlbində saxlayan şair. 
 
Bir ürək min dərdə dözə bilməzdi, 
Dünyanı kənardan süzə bilməzdi, 
Şiruyə, vətənsiz gəzə bilməzdi, 
Vətən, vətən deyib, ağlayan şair. 
 
 
MƏN 
 
Sağam – bulannığam, içənim azdı, 
Öləndə saflaşıb, durulacam mən. 
Nəfəsim ötüncə yamanam, pisəm, 
Öləndə yaxşıtək sorulacam mən. 
 
Sağamsa qiymətim azalacaqdı, 
Haqqım da nahaqqtək yozulacaqdı. 
Öləndə tərifim çoxalacaqdı, 
Sağam – döyüləcəm, vurulacam mən. 
 
Şiruyə, adətmi görən həyatda, 
İnsan dəyər tapmır sağ olan vaxtda? 
Bir lələ dönəcəm ölən saatda, 
Sağam – baltalanıb, yarılacam mən. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
226 
SUSMA ÜRƏK, SUSMA, ÜRƏK 
 
Bu dunyadan nə tez doydun? 
Nə yaratdın, nə iz qoydun? 
Nə söylədin, nəyi duydun? 
Oldun ötəri bir kələk, 
Susma ürək, susma, ürək! 
 
Nə qalıbdı elə məndən, 
Üzü dönmüş gülə məndən, 
Dastan umur hələ məndən, 
Neçə igid, neçə mələk, 
Susma ürək, susma, ürək! 
 
Bəlkə ötdu bu işgəncə, 
Bəlkə yetdik bir sevincə, 
Arzularım hələ qönçə, 
Diləklərim hələ ləçək, 
Susma ürək, susma, ürək! 
 
Şərə qılınc çalmaq üçün, 
Həyata iz salmaq üçün, 
Yaddaşlarda qalmaq üçün, 
Neçə dağlar aşaq gərək, 
Susma ürək, susma, ürək! 
 
Yaranandan, qəm görmüşük, 
Gözümüzü nəm görmüşük, 
Bəxtimizi kəm görmüşük, 
Ümidim var, xoş gün görək, 
Susma ürək, susma, ürək! 
   
 
16 may 1996-cı il. 

             
                           
                          Susma, ürək…
 
 
227 
 
SƏPƏLƏNMƏ 
 
Dağ bilmişəm, arxalı dağ, 
Məni görüb təpələnmə. 
Gözlərimdə bir ümmansan, 
Dayazlaşıb ləpələnmə. 
 
Bağlısan elə bilirəm, 
Bir şirin dilə, bilirəm. 
Hədəfə güllə bilirəm, 
Qırma kimi səpələnmə. 
 
Şiruyəyəm, gül istərəm, 
Vəfa, ilqar, bil, istərəm. 
Mədən bilib ləl istərəm, 
Xırdalanıb küpələnmə. 
 
 
 
ÜZƏRMİŞ 
 
Gülləsiz, yarasız, ay aman Allah, 
Fikir, xəyal, dərd adamı üzərmiş. 
Bu istək deyilən nə bəla imiş
Ölənəcən ürəyində gəzərmiş. 
 
Ürəyin istəyi yapılmayanda, 
Həsrət zərrə-zərrə çapılmayanda. 
Bir dərdə təsəlli tapılmayanda, 
İnsan özü ömür-gündən bezərmiş. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
228 
Yadda qalan Şiruyənin adıymış, 
Qəlb isidən hikmətinin dadıymış. 
Yaman əməl gor evinin oduymuş, 
Yaxşı əməl axirəti bəzərmiş. 
1968-ci il. 
 
 
AY YARIM QALIB 
Təcnis 
Deyin dost-qohuma, gəlsin görüşək, 
Daha son günümə ay yarım qalıb.
1
 
Tamam əldən düşüb tabi-taqətim, 
Yarı canım gedib, ay yarım qalıb.
2
 
 
Huş dağılıb, gedib yaddaşım, yadım, 
Axirət doğmadı, bu dünya yadım.
3
 
Bezib, uzaqlaşıb qohumum, yadım, 
Bircə pənahdarım ay yarım qalıb.
4
 
 
Şiruyəyəm, ömür ay başa çatıb, 
Ayaqdan gedən can, ay başa çatıb,
5
 
Otuz gün ötüşüb, ay başa çatıb,
6
 
Onçun paralanıb, Ay, yarım qalıb.
7
 
 
                                                 
1
 Öləcəyim günə ay yarım qalıb. 
2
 Canımın yarısı gedib, yarısı qalıb. 
3
 Axirət əbədi yerimdi, bu dünya isə müvəqqəti. 
4
 Bircə köməkçim, dərdiməndim sevgilim qalıb. 
5
  İnsan  öləndə,  –  ölüm  halı  ayaqdan  başlayıb  başa  doğru  gedir  –  məndə  də 
belədir. 
6
 Gün, həftə keçib, bir ay tamamlanıb. 
7
 Dini ayinlərdə vardır ki, ay otuz gün olanda göydə ay para olar, ay on beş 
günə çatanda ay göydə bütöv olar. 

             
                           
                          Susma, ürək…
 
 
229 
 
ALANIYMIŞ 
 
Həqiqətdən yazdıqlarım, 
Başdan-başa yalanıymış. 
Qafil olub bilməmişəm, 
Haqqın evi talanıymış. 
 
Canda ürək bildiklərim, 
Arzu, dilək bildiklərim, 
Huri-mələk bildiklərim, 
İki başlı ilanıymış. 
 
Kimə atsa qəza qarmaq, 
Çətin olar qarşı durmaq. 
Bu gün zildə gəzən barmaq, 
Sabah pəsdə çalanıymış. 
 
Bəzən çəkir taca dünya, 
Bəzən qoyur puça dünya, 
Nə veribsə qoca dünya, 
Bircə, bircə alanıymış! 
 
Ay Şiruyə, çatdı vədən, 
Sağalmazdı ağrın, zədən. 
Bəşər əhli gəlib, gedən, 
Təkcə dünya qalanıymış. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
230 
ƏYİLƏNƏM 
 
Kim deyir ki, əyilməzəm, 
Həqiqətə əyilənəm. 
Gözəlliyə, ülviyyətə, 
Sədaqətə əyilənəm. 
Əyilməzəm – hər şöhrətə, 
Əyilməzəm – güc-qüvvətə, 
Əyilməzəm altunlara, 
Rütbəyə, ada sınan qanunlara, 
Əyilməzəm – eşqi dayaz, 
Fikri dayaz, 
Qanı soyuq, 
Qəlbi ayaz. 
Qabırğadan bir az qalın, 
Mətləbdəndə bir şey qanmaz 
Nadanlara, nakəslərə. 
Vətən üçün, millət üçün, 
Bir daş üstdə, 
Bir daş qoymaz kimsələrə. 
Həyatımdı, 
Şöhrətimdi, 
Qüdrətimdi, 
Kərəm yanan, 
Əsli yanan, 
Məhəbbətə əyilənəm. 
Əyilməzəm –  
Əyriliyə, haramlığa, 
Əyilməzəm –  
Zülmətlərə, qaranlığa, 
Bəşər oğlu son qoyubdu, 
İnadıyla, cürətiylə fironluğa, 
O inada, 
O cürətə əyilənəm. 

             
                           
                          Susma, ürək…
 
 
231 
Əyilməzəm –  
İlqarsıza, vəfasıza, 
İsmətini yerə atan 
Üzdəniraq həyasıza. 
Boğazını güdənlərə, 
Qarnı üçün dostu satıb, 
Bir-birini didənlərə. 
Millətini, 
hörmətini, 
Vətənini, 
ismətini. 
Dünyalardan əziz tutan, 
Hər xilqətə əyilənəm, 
Əyilməzəm –  
Sənəti də adı kimi ləkələnmiş, 
Vicdanı da məqsəd üçün 
Minbir yerə tikələnmiş, 
Üzdə susub, arxalarda, 
Hikkələnmiş sənətkara, 
Öz ömrünü, öz gününü, 
Sənətində elə verən, 
Əkin əkən, bağ becərən, 
Yollar çəkən, divar hörən, 
Fəhlənin də, 
kəndlinin də, 
çobanın da, 
alimin də. 
Sənətinə baş əyənəm, 
Zəhmətinə əyilənəm. 
Ataların ülfətinə, 
Anaların ismətinə, 
Əyilənəm, 
əyilənəm, 
əyilənəm... 

Sərraf Şiruyə             
                           
                          
 
 
232 
QARDAŞLARIM 
Mərhum qardaşlarım 
Nəbi və İmanın məzarları önündə 
 
Dərdinizi çəkənmirəm, 
Dərdi daşan qardaşlarım. 
Qızılquştək qanad çalıb, 
Dağlar aşan qardaşlarım. 
 
Tez solan bostan oldunuz, 
Qohumdan, dostdan oldunuz. 
Dilimdə dastan oldunuz, 
Dastan qoşan qardaşlarım. 
 
Boğdu məni bu qəm, qəhər, 
Suyum zəhər, havam zəhər. 
Cazibəmdə axşam, səhər, 
Hey dolaşan qardaşlarım. 
 
Gözlərimdə yaşa dönüb, 
Nə tez getdiz quşa dönüb
Bir cüt dilsiz daşa dönüb, 
Qoşalaşan qardaşlarım. 
 
İzi qalan bu daşlarda, 
Sözü qalan sirdaşlarda. 
Ürəklərdə, yaddaşlarda, 
Qayalaşan qardaşlarım. 
 
Ömrü cahil, fikri ahıl, 
Dili şirin, dolğun ağıl. 
Sədaları dastan, nağıl, 
Təbi coşan qardaşlarım. 

             
                           
                          Susma, ürək…
 
 
233 
 
Hey baxdıqca baş daşına, 
Dönürəm qəm sirdaşına. 
Şiruyənin göz yaşına, 
Ay yaraşan qardaşlarım. 
1997-ci il. 
 
 
DEYƏ-DEYƏ 
 
Eldən dərs alasan, gərək el üçün, 
Yaşayıb öləsən el deyə-deyə. 
Gülə sərf eyləyər bülbül ömrünü, 
Köçər bu dünyadan gül deyə-deyə. 
 
Cəsarət odur ki, zirvələr aşa, 
Sel kimi kükrəyə, daşqıntək daşa. 
Elin hörmətiylə çəkilə başa, 
Xainə, xəbisə öl deyə-deyə. 
 
Tarix yaddaşında saxlaya onu, 
Hər könül könlünə bağlaya onu, 
Əzizi ölmüştək ağlaya onu, 
Hər oba, hər mahal dil deyə-deyə. 
 
El dərdinə yandı, közü ağladı, 
Şiruyənin qəlbi, gözü ağladı, 
Qələmi ağladı, sözü ağladı, 
Bütün insanlara gül deyə-deyə. 

Sərraf Şiruyə             
                           
                          
 
 
234 
 
Yüklə 2,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin