Line komandası işə salınıb aşağıdan üçüncü xəttin sağ ucunu tutub (Osnap aktiv olma-
lıdır) çərçivənin sağ tərəfini kəsdikdə yenidən sol düymə vurulur. Eyni əməliyyatlar təkrarlanaraq yuxarıdan üçüncü xəttin ucundan da xətt çəkilir.
Bu qayda ilə künc ştampının sağ hissəsi də çəkilib sona çatdırılır. Layout -an Model-ə baxış pəncərəsi seçilir və sol küncünün dəstəyini ak-
tivləşdirib onu daşıyaraq künc ştampının sol yuxarı hisəsi ilə üst-üstə qoyulur. Bu qayda ilə pəncərənin sağ yuxarı küncü isə çərçivənin sağ yuxarı küncü ilə üst-üstə yerləşdirilir.
Start sətrindən azərbaycan dili aktivləşdirilir.
Annationlövhəsinən Multiline Text komandası işə salınıb çərçivənin dəy. mətni yığılacaq hissəsində düzbucaqlı açılır və klaviaturadan «dəy.»yığılır və zolaqdan Close Text Editor düyməsi basılır. Bu qayda ilə standarta uyğun əsas yazılar yerinə yetirilir.
Hal sətrindən LWT aktivləşdirilib qalınlığı dəyişdiriləcək xətlərdən biri seçilib Properties lövhəsindəki ikinci açılan pəncərədən qalın xətlərdən biri seçilir. Bu qayda ilə bütün xətlər qalınlaşdırılır.
Layout aktiv olmaqla CTRL+S düyməsi birlikdə basılaraq faylı yadda saxlamaq üçün dialoq pəncərəsi açılır.
File of type açılan siyahıdan AutoCAD Drawing Template (*.dwt) seçilib File name sahəsindəki mətn sahəsinə faylın adı yazılıb (məsələn, a4), Save düyməsi basılır.
Bu əməliyyatdan sonra yeni fayl açdıqda acadiso əvəzinə A4 seçilir.