ŞƏRTİ İŞARƏLƏr və Sİmvollar



Yüklə 0,53 Mb.
səhifə2/6
tarix15.12.2022
ölçüsü0,53 Mb.
#74967
1   2   3   4   5   6
271a3 Ayxan Labaratoriya 1

Line Mtext komandalarını mənimsəməli;

  • ikiölçülü koordinat sistemlərindən istifadəni mənimsəmək;

  • cizgilərin çapı ilə tanış olmalı.



    İşin yerinə - yetirilməsi ardıcıllığı.

    (işin yerinə yetirilmə ardıcıllığı bir nümunə üçün əvvəldən axıra qədər aralıq təsvirlər göstəril­məklə verilir).
    AutoCAD-ın işə salınması
    Windows əməliyyat sisteminin son variantları altında işləyən AutoCAD 2013-ü işə salmaq üçün, işçi stolda əgər AutoCAD 2013-nün nişanı varsa, onun üzərində daya­nıb siçanın sol düyməsini iki dəfə tıqqıldat­maq lazımdır.
    Paketi kompyüterə yükləmək üçün aşağıdakı kimi də hərəkət edilir:
    ekrandan «ПУСК» («Start»)  PROQRAM  AutoDESK  AutoCAD-2013  AutoCAD-2013 seçməklə AutoCAD kompyüterə yüklənir.




    QEYD: Ingilis sözlərindən sonra verilmiş mötərizədəki tərcümə bəzən onların əsl mənası deyil, yalnız onların vəzifəsini qeyd edir.
    AutoCad paketində çertyoj birin birə çəkildiyindən model sahəsində formatın təyini əksər hallarda aktual olmur. Format əsasən çertyoj çapa hazırlanan vaxtı yəni Layout sahəsində nəzərdə tutulur. Lakin buna baxmayaraq bəzi çertyojlar üçün də model sahəsində format təyin etmək olar.
    Model sahəsində çertyoju çəkməyə başlamazdan əvvəl yeni fayl açmaq məsləhətdir. Bunun üçün File>new (bu cür yazılış komandalar menyusundan istifadə üçün nəzərdə tutulur) və ya CTRL+N komandası işə salınır və açılmış Select template pəncərəsindəki siyahıdan acadiso seçilib Open düyməsi basılır. Bu zaman format A3 və ölçü vahidi mm təyin edilir.
    Digər formata keçmək üçün komandalar sətrinə (Command:) Limits komandası yığılır. Məsələn, A4 formatı.
    Command: '_limits
    Reset Model space limits:
    Specify lower left corner or [ON/OFF] <0.0000,0.0000>:
    Specify upper right corner <420.0000,297.0000>: 210,297
    Bununla A4 formatı təyin edilir. Formatı ekranda görmək üçün komandalar sətirinə « yazıb ENTER düyməsi basılır və sonra «А» yazılıb ENTER basılır.
    Hal sətirindəki (ekranda sonuncu sətir) GRİD (əgər GRID sözlə işıqlanmırsa onda qəfəs şəkilli piktoqrammadan istifadə etmək olar, yəni onun üzərində siçanın sağ düyməsini vurmaq olar) üzərində kursoru saxlayıb siçanın sağ düyməsi basılır, açılmış siyahıdan Settings... seçilir. Görünən Drafting settigs pəncərəsindən Grid behavior sahəsindəki bütün aktiv açarlar ləğv edilir (Məsələn, Adaptive grid açarı).
    Əğər hal sətrindəki komandalar qrafiki işarələrlə verilibsə onları sözlərlə əvəz etmək olar. Bunun üçün hal sətrindəki komandalardan (məsələn, Grid) birinin üzərində dayanıb sağ düymə vurulur və açılmış kontekst menyudan Use İcons açarı ləğv edilir.

    Son sətirdə (hal sətrində) yerlə­şən dişli çarx işarəsindən 2d Drafting & Anno­ta­tion seçməklə ekran 2d cizgilərin çə­kil­məsində istifadə edilən komandalara sazlanır.
    Hal sətrindən Polar qoşu­lur və üzərində sağ düymə açılan siyahıdan 150 seçilir.
    Hal sətrindən Osnap qo­şu­lur, üzərində sağ düymə açılan siyahıdan Settings seçilir və açılan lövhədən yalnız endpoint, inter­section açarları qoşulur.
    Hal sətrindən Otrack qo­şulur.
    Hal sətrində yerləşən diğər komandalar söndürülür (Snap, Ortho, Dyn, Ducs, LwtQp).
    Layout1 sahəsinə keçirilir (Layout1 üzərində sol düymə bir dəfə vurulur).





    Yüklə 0,53 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin