Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri



Yüklə 191,07 Kb.
səhifə20/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   16   17   18   19   20   21   22   23   ...   71
musiqi1 kopyası kopyası

Dmitri Şostakoviçin həyat və yaradıcılığı
Dahi rus bəstəkarı Dmitri Şostakoviç XX əsr dünya musiqisinin ən nəhəng nümayəndələrindən biridir. Onun kəskin dramatik, hətta faciəvi musiqisi zorakılığa, qəddarlığa qarşı çıxır, insanın xoşbəxt gələcəyinə inadkarlıqla can atmasını tərənnüm edir. Şostakoviç dünya simfonik musiqisinin Bethoven, Çaykovski və Maler kimi böyük ustadları ilə bir sırada duran sənətkardır. 1906-cı ildə Peterburqda mühəndis – kimyaçı ailəsində anadan olmuşdur. Anası gözəl – pianoçu idi və oğlunun musiqi təhsili ilə özü məşğul olmuşdur. 9-11 yaşlarında ilk musiqi əsərlərini bəstələmişdi. 13 yaşında Petroqrad konservatoriyasına daxil olur, pianoçu kimi konsert və müsabiqələrdə iştirak edir. 2 simfoniya, “Nos” operasını, “Bolt” baletini, “Klop”komediyasına musiqi, “Katorina İzmayılova” operalarını yazır.
Bəstəkar şah əsərlərindən sayılan 5-ci simfoniyası ilə yaradıcılığının yetkinlik dövrünə qədəm qoyur. Şostakoviçin İkinci Dünya müharibəsi illərində 1941-ci ildə 7-ci simfoniya isə sənət fədakarlığının əsl nümunəsidir. Əsər almanlar tərəfindən mühasirəyə alınmış, arasıkəsilməyən bombardmanlara, aclığa məruz qalmış Leninqradda (Sankt-Peterburqda) yazılmış və elə bu şəhərdə də ifa olunmuşdur. 1948-ci ildə Profokyevlə birgə totalitar sovet rejimi tərəfindən kəskin tənqidlərə məruz qalan Şostakoviç yaradıcılıqda bəzi güzəştlərə getməli olur və inqilab mövzusuna həsr etdiyi 11-ci və 12-ci simfoniyalarını yazır. 13-cü və 14-cü simfoniyalara gəlincə isə bunlar Şostakoviçin simfonik üslubunda maraqlı yeniliklərlə seçilir — hər iki əsərdə bəstəkar vokal partiyalardan istifadə edir. Nəhayət, 15-ci simfoniyasını yazmaqla dahi bəstəkar yaradıcılıq axtarışlarına layiqli yekun vurmuş olur. 
Şostakoviç müxtəlif alətlər üçün də dəyərli əsərlər yaratmışdır. Belə ki, o, fortepiano üçün 24 prelüd və fuqa, bir neçə konsert və digər əsərlərin müəllifidir. Müharibədən sonrakı illərdə “Moskva”, “Çeryomuşki” operettasını, I skripka konsertini, “Yəhudi xalq poeziyası” vokal məcmuəsini, “Meşələr haqqında mahnı” oratoriyasını 24 prelüd və füqa, 10 xor poemasını XXI simfoniyaları yazmışdır. Şostakoviçin müxtəlif teatr tamaşalarına, «Ovod», «Hamlet», «Kral Lir» və başqa kinofilmlərə yazdığı musiqi, eləcə də A.Blokun, M.Svetayevanın sözlərinə bəstələdiyi romansları bəstəkar irsinin dəyərli səhifələridir. Şostakoviç Azərbaycan musiqisinin inkişafına da böyük təsir göstərmişdir. Qara Qarayevin dediyinə görə, «Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasından danışarkən ilk növbədə Üzeyir Hacıbəyov və Dmitri Şostakoviçin — bu iki klassikin adlarını çəkməliyəm». Onu da qeyd edək ki, Qara Qarayev Cövdət Hacıyevlə birgə Şostakoviçin sinfındə təhsil almış, onunla sıx yaradıcılıq və dostluq münasibətində olmuşlar. Bəstəkar 1975-ci ildə vəfat edib. 



Yüklə 191,07 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin