Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Musiqinin instrumental janrları



Yüklə 191,07 Kb.
səhifə19/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   15   16   17   18   19   20   21   22   ...   71
musiqi1 kopyası kopyası

Musiqinin instrumental janrları.
Sonata – bir və ya iki musiqi aləti üçün sonata formasında yazılmış əsərdir. (İtalyanca “conate” sözündən götürülmüş, “hər hansı bir musiqi alətində çalma” mənasındadır). XVI-XVII əsrlərdə instrumental əsərləri ümumiyyətlə, sonaraadlandırırdılar. XVII-XVIII əsrlərdə isə süitaların tərkib hissəsi kimi bir və bir neçə alət üçün yazılmış əsərlər sonatalar adlandırılmağa başlandı.
Simfoniya – sonata formasında orkestr üçün yazılmış əsərdir. (Yunanca “həmahənglik” mənasındadır). Simfoniyalar quruluşuna görə birhissəli və genişlənmiş (7 hissəli) ola bilər.
Süita – fransızca ardıcıllıq mənasını verir.Geniş mənada məzmun və quruluşca bir neçə tamamlanmış bir-biri ilə kontrastlıq təşkil edən hissələrdən ibarət əsərlərə deyilir. Əvvəl 2 hissə idi, sonradan 4 hissəyə çatdırıldı. Hər hissənin də adı var. I – allemanda, II – kuranta, III – sarabanda, IV – jiqa.
Noktyurn – Gecə sözündəndir. Adətən 3 hissəli formada yazılır. I və III hissələr sakit, II hissə həyəcanlı, gərgin olub, kontrastlıq əmələ gətirir. III hissə I hissənin dəyişikliklə təkrarından ibarətdir.
Prelüd – Adətən böyük həcmli olur, müqəddimə mənası verir. Çox vaxt lirik xarakterdə olur. Bəstəkarlarımızda Q.Qarayev, F.Əmirov, E.Nəzirovanın prelüdləri məşhurdur.
Skertso – zarafat mənasını verən sözdür. Bunlar yüngül xarakterli əsərlərdir. Çox zaman sonata formasının I hissəsi kimi də yazılır. 



  1. XX əsr rus musiqi nümayəndələri

dünyanın ən qədim mədəniyyətlərindən biri olan rus mədəniyyətinin konkret olaraq hansı tarixdən və hansı sosial-ictimai proseslə əlaqədar təşəkkül tapdığı məlum deyil. Bir həqiqət inkaredilməzdir ki, rus mədəniyyətinin əsasında qədim slavyan mədəniyyəti durur. Bu gün ruslar və digər rus mənşəli xalqlar qədim slavyan mədəniyyəti ənənələrinə sadiq qalır, onun mütərəqqi keyfiyyətlərindən istifadə edirlər. İbtidaidən aliyə doğru tədrici inkişaf keçmiş rus mədəniyyətinin ən qədim qalıqlarının əsasında şərq slavyanlarının bütpərəst mədəniyyəti durur. Bu xalqlar müxtəlif region və ərazilərdə yaşasalar da, müxtəlif həyat normalarına, məişət tərzinə malik olsalar da, hətta orjinal xüsusiyyətləri ilə fərqlənsələr də tarixi kökləri eynidir.



Yüklə 191,07 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin