Qərbi Avropa klassik musiqisi: L. Bethoven haqqında
Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biridir, Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır. 1770-ci ildə Almaniyanın Bonn şəhərində anadan olan olmuşdur. Çox erkən yaşlarından musiqiyə həvəs oyanır. Orqan, skripka, alt musiqi alətlərində çalmağı öyrənir. Bethovensonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir. Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərləri naşirlərə satmışdır. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaratmış, heç vaxt saray və ya kilsədə işləməli olmamışdır.
O bir müddət Vyananı tərk edib Heylingestadadlı şəhərcikdə yaşayır və burada eyniadlı əsərini – "Heylingestad vəsiyyəti" əsərini yazır.
Bethoven Qərb klassik musiqisinin nəhəng simalarından biri kimi anılır. Bethoven musiqi tərtibatinin ən böyük ustalarından biri sayılır. Bəzən o, mövzu seçimindən əvvəl simfoniyalarının ayrı-ayrı parçalarının quruluşunu müəyyən edirdi.
Bethoven rəngarəng janrlarda: simfoniya, konsert, piano və digər alətlər üçün sonatalar, simli alətlər və digər kamera musiqiləri, opera musiqisi, romanslar və s. əsərlər yaratmışdır. O altı simfoniya, dördüncü və beşinci piano üçün konsertlər, üçlü və violonçel üçün konsertlər, 5 simli kvartet, növbəti yeddi piano sonataları ("Valdşteyn" və "Appassionata" sonataları da bu dövrdə yazılmışdır) və Bethovenin yeganə operası olan "Fidelio" aiddir. Bu əsərləri ilə Bethoven dünya musiqi tarixində klassik musiqidən romantik musiqi mərhələsinə keçid, körpü rolunu oynamışdır.
1815-ci ildən 1827-ci ilə qədərki dövr ərzində miqyas və hədəflərini də genişləndirmişdir. Bu dövrə aid olan mühüm əsərlərindən birinci və ikinci simfoniyaları, ilk altı simli kvartetlərini, ilk üç piano konsertinin və ilk iyirmi piano üçün sonatalarını (buraya məşhur "Ay işığı" və "Potetik" sonataları, “Eqmont” üvertürası da daxildir).
Bethovenin yaradıcılığının son mərhələsi 1815-ci ildən başlayır. Bu dövrdə yaratdığı əsərlərində dərin intellekti, intensiv, yüksək ifadələri, yenilikləri ilə səciyyələnirdi (məsələn, Simli Kvarteti, Op. 131 əsərində yeddi birləşmiş parçadan istifadə etmiş və doqquzuncu simfoniyasında sonunucu səhnədə orkestri xorla gücləndirmişdir). Sonunucu dövr əsərləri seriyasına "Missa Solemnis" , "Grosse Fuge"adlı nəhəng kvarteti də daxil olmaqla beş simli kvarteti və sonunucu beş piano sonataları (məşhur "Grobe Sonate fur das Hammerklavier" sonatası da daxil omaqla) daxildir. 1814-cü ildə Bethoveneşitmə qabiliyyətini tamamilə itirir. 1823-cü ildə “Təntənəli messa”nı, IX simfoniyanı yazır. Qardaşı oğlu üzərindəki qəyyumluq hüququnu itirdikdən sonra Bethovenin səhhəti pisləşməyə başlayır və bu bəstəkarın 26 mart 1827-ci il tarixində vəfatı ilə nəticələnir.
Dostları ilə paylaş: |