Əsərləri:
Baletlər
•"Şur (simfonik mugam)" (1968) - xoreqorafik novella
•"Nəsimi dastanı" (1973)
•"Xəzəri fəth edənlər" (1975) vokal-xoreoqrafik poema
•"Min bir gecə" (1979) [7]
•"Nizami (simfoniya)" (1984)
Orkestr üçün bəstələr
•Nizami anısına simfonik poema (1942)
•Böyük Vətən Müharibəsi qəhrəmanları anısına simfonik poema (1943)
•Xalq Çalğı Orkestri üçün “Cəngi” əsəri (1945) - Zülfüqar Hacıbəyovla birgə
•İki simfonik muğam: "Şur" (1948), "Kürd Ovşarı" (1948)
•Fortepiano və orkestr üçün "Üzeyir Hacıbəyova ithaf" (1949)
•Dörd hissədən ibarət Azərbaycan süitası (1950)
•Ərəb mövzularında fortepiano və orkestr üçün konsert (1957) - Elmira Nəzirova ilə birgə
•Azərbaycan kappriçiosu (1961)
•"Simfonik rəqslər"(1963)
•"Simfonik portretlər" (1970)
•Metso-soprano, kamera orkestri və nağara üçün "Gülüstan Bayatı Şiraz" simfonik muğamı (1970)
•Böyük Simfonik Orkestr üçün triptix “Azərbaycan qravürləri” (1976)
Kamera əsərləri
•Violonçel və fortepiano üçün yazdığı Asəf Zeynallı anısına "Elegiya" əsəri (1948)
•Fortepiano üçün on iki miniatür (1955)
•Alban mövzularında iki fortepiano üçün süita (1955) - Elmira Nəzirova ilə birgə
•Xor, kamera orkestri üçün əsərlər, xalq mahnıları işləmələri, teatr və kino üçün musiqi və başqaları
•Şeyx Sənan tamaşası üçün musiqi (o cümlədən Kor ərəbin mahnısı) (1950)
Uşaq mahnıları
•Bip-bipin nəğməsi, yaxud Uçdu göylərə bizim peykimiz (Sözləri: Teymur Elçin)
•Bizim həyət (Sözləri: Teymur Elçin)
•Odlar ölkəsi (Sözləri: Tofiq Mütəllibov)
•Qatar (Sözləri: Zeynal Cabbarzadə)
•Quzum (Sözləri: Zeynal Cabbarzadə)
Azərbaycan klassik musiqisi, Ş. Ələsgərov haqqında
Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1943-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında oxuyub. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944–1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949–1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951–1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952–1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954–1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960–1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971–1998) vəzifələrində çalışmışdır. Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantatası: "Böyük Oktyabra salam"(1947), "Vətən, eşq olsun"(1960),"Bahar təranələri", "Bir bayraq altında"(1970) ; "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı,"Çingiz İldırım" vokal simfonik poeması(1974), "Həzi Aslanovun xatirəsi"nə simfonik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.
1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır.
Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.
Mükafatları
"Şərəf nişanı" ordeni — 9 iyun 1959
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — 1967
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 18 iyun 1974
"Şöhrət" ordeni — 21 fevral 1999[2]
Filmoqrafiya
Redaktə
Aktrisanın təbəssümü (film, 1974)
Azərbaycan atları (film, 1953)
Azərbaycan elləri (film, 1976)
Bəstəkar Süleyman Ələsgərov. Ömrün iki günü (film)
Daşkəsən (film, 1946)
Qabaqcıl sovxozda (film, 1955)
Qəmbər Hüseynli (film, 2007)
Musiqişünas (film, 2001)
Ulduz (film, 1964)
Dostları ilə paylaş: |