Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Musiqi təliminin məqsəd və vəzifələri



Yüklə 191,07 Kb.
səhifə9/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   5   6   7   8   9   10   11   12   ...   71
musiqi1 kopyası kopyası

Musiqi təliminin məqsəd və vəzifələri

Musiqi onun mənəvi aləmini zənginləşdirir, yaxşılığa, gözəlliyə qarşı onun münasibətini formalaşdırır. Musiqi şagirdin təhsil dəyərlərini aşkara çıxarır və eyni zamanda milli şüurun formalaşmasına kömək göstərir. Musiqinin, emosional xüsusiyyəti ilə yanaşı təfəkkür funksiyası da vardır və onun tədrisi təkcə assosiasiyalı deyil, həm də məntiqi, analitik təfəkkürün inkişafına da kömək göstərir. Bununla yanaşı, musiqi şagirdi qrupda işləməyə, intizama, qayda-qanuna alışdırır. Bundan başqa musiqi özünün yazısına malik ünsiyyət dili kimi şagirdə istənilən ictimaiyyətlə geniş əlaqə imkanlarını yaradır.




Musiqi tədrisinin vəzifələri Musiqinin tədrisinin məqsədi :
tələbəni təhsilli, mədəni insan kimi formalaşdırmaq, ona musiqi aləmindən müvafiq bilik verərək layiqli insan kimi yetişdirməkdir;
xalq və klassik musiqi nümunələri ilə tanışlıq əsasında tələbənin bədii-musiqi tərbiyəsidi;
onu yaradıcılıq işinə cəlb etməkdən və bunun üçün zəruri olan qabiliyyət-vərdişləri inkişaf etdirməkdir.
Bu təhsil məqsədləri ilə əlaqədar tədrisdə aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:
musiqini dinləmək vərdişinin formalaşdırılması;
musiqi əsərləri ilə əlaqədar öz şəxsi münasibətlərini və musiqi incəsənəti üzrə mülahizələr yürütmək vərdişlərinin aşılanması;
təsviri-assosiasiyalı təfəkkürün inkişaf etdirilməsi;
musiqi duyumunun və yaddaşının, ritm hissinin inkişaf etdirilməsi
universal kommunikasiya vasitəsi kimi musiqi yazısının öyrənilməsi.
Kollecdə musiqi fənni tələbədə ümumi və qeyri-peşəkar biliyin verilməsini nəzərdə tutur. Hər bir tələbənin fərqli musiqili göstəriciləri vardır. Bunun üçün də kursun müxtəlif istiqamətləri tələbənin şəxsi maraqlarının inkişaf etdirilməsi və aşkara çıxarılması imkanını verir.


Musiqi tədrisinin məqsədidir: tələbəni yaradıcılıq və icmal işlərinə cəlb etmək; ona xalq və klassik musiqinin yüksək bədii əsərlərini tanıtmaqla onu “dinləyici” kimi tərbiyə etmək; tələbəyə təhsilli, mədəni insan kimi formalaşmağına dəstək göstərəcək musiqi sahəsində bilik vermək; yaradıcılıq işləri üçün lazımi vərdiş-bacarıqların əldə edilməsi və inkişaf etdirilməsi.




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin