Sabit və Qeyri Sabit səslər, Ladlar haqqında
Musiqi əsərini əmələ gətirən səslər bir-biri ilə müəyyən əlaqədə olurlar. Dinlədiyimiz hər hansı bir musiqini təşkil edən bəzi səslər o biri səslərdən fərqlənərək insanda səslənən melodiyanın dayağı kimi hiss yaradır. Belə səslər musiqidə sabit səslər adlanır. Qalan səslər isə melodiyanın inkişafını və musiqi fikrinin bitməməsini təmin edir. Belə səslər musiqidə qeyri-sabit səslər adlanır. Musiqi qanununa görə qeyri-sabit səslər sabit səslərə keçir. Qeyri-sabit səsin sabit səslərə keçməsinə həll deyilir. Qeyri-sabit və sabit səslərin həll sisteminə lad deyilir. Musiqidə başqa ladlara nisbətən major və minor ladları çox geniş yayılmışdır.
Ayrılıqda götürülmüş bir səs və ya bir həmahənglik hələ musiqi fikrini ifadə etmir və hərəkətsiz bir şey kimi (inersiyali) qavranılır. Lakin kiçik və ya böyük müsiqi parçalarına rast gəlmək olur ki, burada bir səs və ya bir həmahənqlik təkrar olunur.
Belə hallarda, təkrar olunan element söz mətni, ritmi, tembri, sayəsində nəyi isə ifadə edə bilər.
Bu cür sistemlərdə elə səslər vardır ki, onlar xalq musiqisində və klassik bəstəkarların əsərlərində dayaq kimi istifadə olunur (həmçinin melodiyanin sonluğu üçün). Sistemin dayaq səslərinə sabit səslər deyilir.
Musiqi praktikasında sistemin dayaq səslərindən biri daha möhkəm, əsas dayaq kimi o biri səslərdən seçilir. Sistemin ən əsas sabit səsinə tonika deyilir: do- re-mi-fa-sol-lya-si sistemində “do” səsi tonikadır.
Yuxarıda sistemin bir-neçə səsinin sabit səslər kimi tətbiq edilməsi qeyd olunmuşdu. Səslərin sabitliyi yalnız o zaman özünü büruzə verə bilər ki, onlar başqa xassələrə malik olan digər səslərdə, yəni qeyri-sabit səslərlə qarşı-qarşıya qoyulsun.
Musiqi fikrinin natamamlığını ifadə edən səslərə qeyri-sabit səslər deyilir.
Əsas Musiqi janrları – instrumental jamrlar
Janr fransız sözü olub “cins”, “növ” deməkdir. Musiqidə əsas 3 janr mövcuddur: vokal, instrumental, vokal-instrumental, (qarışıq) janr. Musiqinin vokal-instrumental (qarışıq) janrları.
Dostları ilə paylaş: |