Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Xora dirijorlugun tedrisi metodikasi



Yüklə 191,07 Kb.
səhifə44/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   40   41   42   43   44   45   46   47   ...   71
musiqi1 kopyası kopyası

Xora dirijorlugun tedrisi metodikasi

Məlumdur ki, məktəbdə tədris olunanmusiqi dərslərində şagirdlər mahnını xorla oxuyurlar. Xor ifaçı kollektivi olduğu üçün mahnı oxuma prosesində onu idarə etmək lazımdır. Musiqi dərsində isə bu iş dərsi aparanmüəllimin üzərinə düşür. Ona görə də müəllim dirijorluq aparatı və onun elementlərini, mahnının ifası zamanı onu idarə etməyin əsas qaydalarını, əsas ölçülərin dirijorluq sxemlərini bilməlidir.


Musiqi əsərinin ifasını idarəetməyə dirijorluq deyilir.
Dirijorluq etməyə başlamazdan əvvəl musiqidə işlənən əsas ölçülərin quruluşunu, onların dirijorluq sxemlərini bilməlidir.
2.Temp. Musiqi əsərinin ifa sürətidir. İfa zamanı onun dirijorluqda düzgün göstərilməsi musiqi əsərinin yaxşı ifa olunması üçün zəruri şərtdir. Məsələn: Andante, Moderato Alleqro. və. s.
3.Fermata. Uzadılan və uzadılmayan olaraqəsərin sonunda, axırıncı səs, ya da akkordun üzərində, bir də musiqi fikrinin ortasında olur.Bu zaman müəllim əsərin xarakterinə uyğun olaraq əl hərəkətini qeyri müəyyən zamanadəksaxlayır. 
4. İfanın başlanmasının göstərilməsi
5. İfanın qurtarmasının göstərilməsi
6. Nüansların və səsin verilməsi xarakterinin göstərilməsi. İfa zamanı dinamik çalarlar əllərin həcminin (amplitudasının) yığılması və açılması ilə göstərilir. P çalarında əllər yığılır, F çalarında isə əllər daha geniş açılır. 
7. Sağ və sol əlin rolu. İfaya dirijorluqzamanı sağ və sol əlin öz rolu vardır. Sağ əl metro-ritmi (yəni əsas ölçü və onun dirijorluq sxemini) sol əl isə mahnının başlanmasını, dinamik çalarları və s.-ni göstərir.
1.​ Birlikdə ifa üçün təşkil edilmiş oxuyanlar kollektivinə xor deyilir. Xor - əsərdə verilmiş fikir və düşüncələrin obrazlı-emosional məzmununu dinləyiciyə düzgün çatdıran, müəyyən səviyyədə vokal ifaçılığı texnikası elementlərinə yiyələnmiş, bədii ifadəlilik imkanlarına malik ifaçı kollektividir. 
Xorun tipi oxunan səs tərkibi ilə müəyyənləşdirilir. İnsanların səsi 3 qrupabölünür:
1.​Kişi səsləri
2.​Qadın səsləri
3.​Uşaq səsləri
Səs qrupunun yalnız biri ( ya kişi, ya qadın, ya da uşaq) iştirak edən xora həmcins xor, müxtəlif səs qrupu olan xor isə qarışıq xor deyilir.
Məktəbdə tədris olunan musiqi dərslərində öyrədiləcək mahnıları şagirdlər xorla oxuyurlar. Uşaq xoru həmcins xor qrupuna aiddir. Bu xorda öz diapazonuna görə təqribən eyni, tembrinə görə yaxın səslərə malik olan səslər olur. 
Həmcins xorların tərkibində 2 əsas xor partiyası olur: yuxarı səslər qrupu (diskantlar) və aşağı səslər qrupu (altlar). Hər bir xor partiyasının müəyyən diapazonu vardır: diskantlar - kaman açarında yazılır, diapazonu do1-sol, lya 2, altlar isə lya k-fa 2-dir. Hər iki partiyanın işlək diapazonu do1-do2-dir.
Ümumiyyətlə xorda 4 səs pariyası olur:
1.​Soprano (zil qadın səsi)
2.​Alt (bəm qadın səsi)
3.​Tenor (zil kişi səsi)
4.​Bas (bəm kişi səsi)
Xorların miqdarı keyfiyyət, profil, ifaçılıq imkanlarına görə müxtəlif növlərə ayrılır: konsert, teatr, özfəaliyyət, məktəb xorları və s.




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin