Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Azərbaycan klassik musiqisi, Q. Qarayev haqqında



Yüklə 191,07 Kb.
səhifə60/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   56   57   58   59   60   61   62   63   ...   71
musiqi1 kopyası kopyası

Azərbaycan klassik musiqisi, Q. Qarayev haqqında

Qara Əbülfəz oğlu Qarayev görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki. Müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri.


Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuşdur. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. 
1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur. 1938–ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olmuşdur. Bir müddət Bakıya qayıtdıqdan sonra 1946-cı ilədək yenidən Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olmuşdur. Bəstəkar Fərəc Qarayevin atası, həkim-pediatr Mürsəl Qarayevin qardaşı və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmisidir. 
1937–ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. Moskvadan qayıtdıqdan sonra 1941–ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutmuşdur. 1944–cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur.
1946–cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlamış, elə həmin il SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilmişdir. 1948–ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilmiş, Azərbaycan Dövlət Konservatoriyasının dosenti, Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlamışdır. 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olmuşdur. 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri seçilmişdir. 1953–cü ildə Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulmuşdur.
1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur.
1963–ci ildə Leninqrad Kiçik ("Malıy") opera teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur. 1964–cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak etmişdir. 1965–ci il aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur. 1968–ci il aprelin 21–də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olmuşdur. 1971–ci ildə "Qoyya" filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olmuşdur. 1972–ci ildə "Varşava payızı" çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı Beynəlxalq müsabiqəsində münsiflər heyətinin üzvü olmuşdur. 1973-cü ildə P.İ. Çaykovski adına V Beynəlxalq musiqi müsabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak etmişdir. 1976-cı ildə "Gənc bəstəkarların yetişdirilməsi" simpoziumunun işində iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər etmişdir. 1978-ci ildə Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olmuş, Moskva operetta teatrında "Çılğın qaskoniyalı" müziklinin ilk tamaşası qoyulmuşdur.
Qara Qarayev həmçinin gözəl müəllim olmuş, neçə-neçə gözəl bəstəkarlar yetişdirmiş, Azərbaycan musiqisinin tədqiqinə dair məqalələr dərc etdirmişdir. 1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişmişdir. Bakıda dəfn olunmuşdur.
Operalar
•​"Vətən" (1945) - Cövdət Hacıyevlə birgə
•​"Zəriflik" (1972) - fransız yazıçısı Anri Barbüsün əsəri əsasında qadın səsi və kamera orkestri üçün monodrama (1972)
Baletlər
•​"Yeddi gözəl" (1952)
•​"İldırımlı yollarla" (1958) - Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı
•​"Leyli və Məcnun" (1969) - eyniadlı simfonik poema əsasında birpərdəli xoreoqrafik poema
•​"Don Kixot" simfonik qravürləri (2000) - eyniadlı simfonik qravürlər əsasında birpərdəli balet
Müzikl
•​"Çılğın qaskoniyalı" - fransız dramaturqu E.Rostanın "Sirano de Berjerak" komediyası əsasında Azərbaycan musiqisi üçün yeni olan müzikl
Orkestr üçün əsərləri
•​Leyli və Məcnun simfonik poeması (1947) - Nizaminin poeması əsasında
•​"Yeddi Gözəl" simfonik süita (1949)
•​"Don Kixot" simfonik qravürləri (1960) - ispan yazıçısı Migel de Servantes əsəri əsasında
•​Üç simfoniya (1943, 1946, 1965) - III simfoniya Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır
•​"Azərbaycan süitası" (1939)
•​"Vyetnam süitası"
•​Alban rapsodiyası (1952)
•​Klassik süita (1966)
•​Fortepiano və orkestr üçün "Gənclik" poeması (1937)
•​Skripka və orkestr üçün konsert (1967)
Kamera əsərləri
•​İki simli kvartet
•​Kvartettino
•​Skripka və fortepiano üçün sonata
•​Fortepiano üçün iki sonatina (1940, 1943), 24 prelüdiya (1951—1963)
•​Nəfəsli və estrada orkestri üçün əsərlər, kinofilmlər, teatr tamaşaları üçün musiqilər. 
Kamera vokal əsərləri
•​Ömər Xəyyamın şeirlərinə səs və fortepiano üçün 6 rübai (1946)
•​Aleksandr Puşkinin şeirlərinə səs və fortepiano üçün "Mən sizi sevirdim" və "Gürcüstan təpələrində" romansları (1949)
Vokal-simfonik əsərləri
•​"Könül mahnısı" kantatası (1938)
•​"Sevinc mahnısı" kantatası (1947)
•​Səs və caz orkestri üçün 3 noktürn (1958)
•​"Partiyamız" kantatası (1959)
•​"Dostluq himni" (1972)



  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin