Qərbi Avropa klassik musiqisi, Y. Haydn haqqında
Haydn irsi dünya musiqi mədəniyyətinin ən nikbin, işıqlı səhifələrindəndir. Doğma Avstriyanın gözəl təbiətini, kəndlilərin məişət və əmək lövhələrini təsvir edən bəstəkar həyatın kəskin dramatik təzadlarından, faciəvi tərəflərindən sanki kənarda qalır. Hərçənd Haydnın özü heç də asan həyat keçirməmişdir. On yeddi yaşından o, evsiz-eşiksiz qalmış, sonrakı on il ərzində isə yalnız təsadüfdən-təsadüfə iş tapıb pul qazanmışdır. 1761-ci ildən etibarən təxminən otuz il o, varlı macar knyazları Esterhazilərinsarayında kapelmeyster (o vaxt dirijoru belə adlandırırdılar) və bəstəkar kimi çalışmışdır. Haydnın işi çox çətin və məsuliyyətli idi — o həm orkestrə rəhbərlik etməli, həm də knyazın zövqünü oxşayan əsərlər yaratmalı idi. Üstəlik, musiqi alətlərinin və partituraların səliqə ilə saxlanması və hətta musiqiçilərin geyimlərinə nəzarət də ona tapşırılmışdı. Lakin bütün bu çətinliyə və işin çoxluğuna baxmayaraq, Esterhazilərin malikanəsində Haydnın bəstəkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılmışdı.
Yozef Haydnı "simfoniyanın atası" adlandırırlar. Doğrudan da, 100-dən artıq simfoniya bəstələmiş Haydn faktik olaraq bu janrın təməlini qoymuş, onun gələcək inkişafına dəyərli töhfələr vermişdir. O, yüksək peşəkarlıqla bəstələdiyi simfoniyalarında incə yumor hissi də nümayiş etdirir. Məsələn, "Ayı" simfoniyasında ayının ağır, yöndəmsiz hərəkətləri, "Toyuq"simfoniyasında toyuğun qaqqıldaması məharətlə verilmişdir. Məşhur "Vida" simfoniyasında isə Haydn musiqinin dili ilə knyaz Esterhaziyəözünün, eləcə də bütün saray musiqiçilərinin arzusunu bəyan etmişdir. Esterhazi uzun müddət imiş ki, orkestr üzvlərinə məzuniyyət vermirmiş. Haydn da musiqiçilərin istirahətə möhtaclığını knyaza bildirməkçün orijinal bir yol seçir; simfoniyanın son hissəsində musiqiçilər növbə ilə öz alətlərini götürüb səhnəni tərk edirlər. Əsər iki skripkanın qəmli, lirik dueti ilə bitir. Knyaz Esterhazi bu eyhamı başa düşüb musiqiçiləri məzuniyyətə buraxır.
Haydn həmçinin "kvartetin atası" hesab olunur.100-dən artıq kvarteti, eləcə də trioları, fortepiano sonataları, konsertləri klassisizm dövrününinstrumental musiqisinin ən gözəlsəhifələrindəndir. Həyatının son çağlarında Haydn bütün Avropada böyük şöhrət qazanır. Onunəsərləri bir çox ölkələrdə, xüsusən də səfər etdiyiFransada, İngiltərədə səslənir, böyük rəğbətləqarşılanır. Həmin səyahətlərdən aldığıtəəssüratları əks etdirən "Paris", "London" simfoniyaları, "Dünyanın yaranması" və "İlinfəsilləri" oratoriyaları dahi sənətkarın son yaradıcılıq zirvələri olmuşdur. Vyanayaqayıdayaraq “Dünyanın yaraması” və “İlin fəsilləri” oratoriyalarını yazır.
Yozef Haydn 1809-cı ildə vəfat edir.
Əsərləri: 100-də artıq simfoniya, 80-dən artıq kvartet, 54 simli trio, 52 sonata.
Operaları: “Gözlənilməz görüş, “Armida”, “Topal çinli”.
Dostları ilə paylaş: |