Səviyyənin artmasına görə nizamlanmış əsas mühitlər aşağıdakılardır



Yüklə 70,05 Kb.
səhifə1/26
tarix02.01.2022
ölçüsü70,05 Kb.
#41415
  1   2   3   4   5   6   7   8   9   ...   26
5 m MM



Multimedia
Multimedia (çoxsaylı mühitlər (ing) - müasir texniki və proqram vasitələrindən istifadə etməklə, interaktiv proqram təminatının idarəsi altında vizual və səsli informasiyanın birgə fəaliyyətidir, onlar mətn, səs, qrafik, foto və videonu vahid rəqəmli təsvir şəklində birləşdirirlər. Məsələn, bir obyekt-konteynerdə mətn informasiyası, səsli, qrafiki və video informasiya ola bilər, həmçinin, onunla interaktiv birgə fəaliyyət üsulu mümkündür.

Multimedia termini, həmçinin, adətən böyük həcmli verilənləri saxlamağa imkan verən və onlara, kifayət qədər sürətli girişi (bu tip ilk informasiya daşıyıcıları CD - compact disk idi) təmin edən məlumat daşıyıcılarının işarələnməsi üçün istifadə olunur. Bu halda multimedia termini onu göstərir ki, kompüter belə daşıyıcılardan istifadə edə bilər və informasiyanın mətn kimi ənənəvi təsvir üsullarınna əlavə olaraq, verilənlərin audio, video, animasiya, multiplikasiya və digər bütün mümkün növləri vasitəsilə informasiyanı istifadəçiyə təqdim edə bilər.

Multimedianın yuxarida verilmiş təyini, əslində istifadəçi təyinidir, yəni kompüter istifadəçisinin anlaması üçün multimedianın ümumi sadələşdirilmiş təyinidir. Multimediaın elmi-texniki təyini bir qədər başqadır.

Multimedia - çoxsaylı informasiya mühitləri- interfeyslər olub, müxtəlif tip informasiyanın kompüterə giriş/çıxışını təmin edir, müxtəlif səviyyəli və strukturlu informasiyasının insanın hissiyyat orqanları tərəfindən eyni vaxtda qəbul etməsi üçün kompüterdə yaradılmasını, emal olunmasını və təsvirini təmin edir. Multimedia - informasiya mühiti çoxluğu – kanallardır. Bu kanallardan hər biri səviyyəsinə və təyinata uyğun spesifik formaya malikdir.

Səviyyənin artmasına görə nizamlanmış əsas mühitlər aşağıdakılardır:

1. Prosessorların təlimatlarından ibarət binar mühitlər, proqramların və verilənlərin binar faylları;

2. Mexaniki, kod və və digər fəzadan asılı informasiyaya xidmət edən, taktil, tenzometrik, elektrokontaktlı, həcmli və digər sensor mühitləri özündə təcəssüm etdirən kontakt mühitlər.

3. Insanlar üçün mətn verilənlərindən təşkil olunan, interpretatorların işi üçün proqram mətnləri və digər mətn informasiyasını özündə əks etdirən mətn mühitləri;

4. Səs fayllarını, rəqəm şəkilli səs sıralarını, audioverilənlərin not dəstlərini və rəqəmli səsin digər növlərini özündə əks etdirən audioinformasiya seli;

5. Cizgilər (çertyojlar), şəkillər və başqa ikiölçülü qrafiki informasiyaların fayllarını əks etdirən qrafik mühitlər;

6. Videofaylları, dinamik qrafiki informasiya sıralarını əks etdirən videoinformasiya seli;

7. Interaktiv 3D-videoinformasiya selini əks etdirən virtual reallıq.

Multimediadan istifadə insanın informasiyanı asan dərk etməsini təmin edir, belə ki, insan, kompüterdən əsaslı şəkildə fərqlənən və insan üçün asan dərketmə formasına malik olan informasiya emalının üsul və vasitələrinə malikdir.

Əgər kompüter üçün informasiya siqnallarının elektrik ötürməli binar-diskret formaları xarakterikdirsə (1/0), onda insan üçün qeyri-elektrik təbiətli multimodal-analoq formaları xarakterikdir (işıq, səs, təzyiq və s.).

Belə mühitlər yaradılmadan insan tərəfindən kompüter informasiyasının dərk edilməsi son dərəcə çətinləşir, hətta multimodal informasiyanın bir insandan digərinə kompüter vasitələri ilə ötürülməsi daha da çətinləşir.

Ona görə, multimedia texnologiya və texnikası çox böyük əhatəli müxtəlif interfeysləri özünə daxil edir, məsələn: giriş interfeysləri(vericilər - videokamera, mikrofon, sensor ekran və s., çeviricilər - ASP, xarici informasiyanın çevrilməsi üçün xüsusi prosessorlar), həm də çıxış interfeysləri (displeylər, səsli mənbələr və s.).


Yüklə 70,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin