Rəqəmlənmiş səs faylları
Səs faylları bərabər vaxt aralığında ölçülən(“seçılən”) və öz aralarında olduqca az intervala malik olan ilkin kəsilməz(“analoq”) formalı siqnalın səs siqnalı amplitudalarının qısa diskret qiymətlər ardıcıllığı şəklində yazılan və siqnal formasında yazılır. Kəsilməz siqnalın qiymətlər ardıcıllığı ilə əvəz olunması prosesi diskretizasiya, belə yazı forması isə impuls-kod modulyasiyası – İKM (ing. Pulse Code Modulation-PSM) adlanır. Rəqəmlənmiş səs emalının aparat realizasiyası ondan ibarətdir ki, ARÇ(analoq rəqəm çeviricisi) analoq siqnalını rəqəmli ölçülər çoxluğuna, RAÇ (rəqəm analoq çeviricisi) isə əks prosesi həyata keçirir, rəqəmli ölçüləri analoq siqnalına çevirir. Rəqəmlənmiş səsli fayllar iki növə ayrılır: başlıqlı və başlıqsız.
Dostları ilə paylaş: |