Səviyyənin artmasına görə nizamlanmış əsas mühitlər aşağıdakılardır


Multimediaların lokal və şəbəkə imkanları



Yüklə 70,05 Kb.
səhifə3/26
tarix02.01.2022
ölçüsü70,05 Kb.
#41415
1   2   3   4   5   6   7   8   9   ...   26
5 m MM

Multimediaların lokal və şəbəkə imkanları

Multimedia təqdimatları insan tərəfindən səhnədə keçirilə bilər, proyektor vasitəsilə ya digər lokal qurğuda göstərilə bilər. Təqdimatın geniş yayımı həm "canlı", həm də qabaqcadan yazılmış ola bilər. Informasiyanın geniş yayımı və ya yazılması, informasiyanın saxlanması və ötürülməsinin elektron və ya analoq texnologiyalarına əsaslanmış ola bilər. Qeyd etmək lazımdır ki, multimedialar istifadəçinin kompüterinə onlayn yüklənə bilər və ya verilənlərin axın şəklində ötürülməsi texnologiyalarının köməyi ilə İnternetdən birbaşa canlandırıla bilər. Məlumatların axın şəklində ötürülməsi texnologiyalarının köməyi ilə canlandırılan multimedialar, həm "canlı", həm də tələbata görə təqdim oluna bilər.

Multimedia oyunları - elə oyunlardır ki, oyunçu kompüterin yaratdığı virtual mühitlə birgə çalışır. Virtual mühitin vəziyyəti, informasiyanın (səsli, vizual, toxunulmaqla duyulan) müxtəlif ötürmə üsullarının köməyi ilə, oyunçuya ötürülür. Hal-hazırda kompüterdəki və ya oyun konsolundakı bütün oyunlar multimedia oyunlarına aiddir. Qeyd etmək lazımdır ki, bu tip oyunları lokal kompüterdə və oyun konsolunda həm təkbaşına, həm də lokal və ya qlobal şəbəkələr vasitəsilə digər oyunçularla oynamaq olar.

Müxtəlif formatlı multimedia verilənləri istehlakçınım informasiyanı qavramasının sadələşdirilməsi üçün istifadə etmək mümkündür. Məsələn, informasiyanı yalnız mətn şəklində deyil, həm də onu audioverilənlər və ya videoklip şəklində təsvir etmək mümkündür. Bu qayda ilə müasir incəsənət gündəlik, adi şeyləri yeni görünüşdə təqdim edə bilər.

İnformasiyanın müxtəlif təqdim olunma formaları istehlakçının informasiya ilə interaktiv birgə fəaliyyətini mümkün edir. Onlayn multimedia istehlakçıya, xüsusi biliklərə malik olmadan informasiya üzərində işləməyə imkan yaradaraq, daha da obyektyönlü olur. Məsələn, YouTube-a və ya Yandeksə video qoymaq üçün, istifadəçiyə videonun redaktə edilməsi, informasiyanın kodlaşdırılması və sıxılması üzrə və web-server qurğuları üzrə xüsusi biliyinin olması tələb olunmur. İstifadəçi sadəcə lokal faylı seçir və videoservisin minlərlə digər istifadəçiləri yeni videoçarxa baxmaq imkanına malik olur.

Multimedia internet-resursu – əsas informasiyanın multimedia şəklində təqdim olunduğu internet-resursdur. Bu, müasir və çox rahat mexanizm olub, klassik funksiyaların icra edilməsini əvəz etmir, ancaq ziyarətçilər üçün xidmət və xəbərlər spektrini tamamlayır və genişləndirir.

Multimedia İnternet-resursları üçün aşağıdakılar xarakterikdir:


  • onlar müxtəlif növ informasiyalardan ibarət ola biler (yalnız mətn yox, həm də səs, qrafiki, animasiya, video və s.);

  • materialin yüksək əyanilik dərəcəsinin olması;

  • müxtəlif tip faylların mövcud olması: mətn, qrafiki, audio və video;

  • incəsənətin müxtəlif sahəsində yaradıcı işin inkişafı üçün istifadə olunması;

  • multimediya öz əyaniliyi sayəsində informasiya texnologiyaları prosesi və istifadəçi arasında intellektual-psixoloji sədlərin səviyyəsini aşağı salması.

Bu tip resurslar, informasiyanın nümayişinin müasir mexanizmlərindən istifadə edərək müəyyən sfera, müəssisə və ya yaradıcı kollektivə əhatəli baxışı nümayiş etdirmək, öz ziyarətçiləri ilə əks əlaqəni tənzimləmək, məqsəd və materialları açmaq və internet şəbəkəsi vasitəsi ilə təqdim olunan obyektin tanınmasına səbəb olmaq kimi hadisələr barədə tez məlumat vermək imkanı verir.


Yüklə 70,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin