Şeytan üçbucağı Məhz bu ölkə barıtı icat etmişdir



Yüklə 1,97 Mb.
tarix02.01.2022
ölçüsü1,97 Mb.
#39560
Sunu1


I RAUND

1964-cü il istehsalı olan bu Azərbaycan filmində illuzionist Anatoli Falkovun köməyilə keçmiş və gələcək  uşaqların gözü ilə təsvir olunur.

Bu hansı Azərbaycan filmidir?

Sehirli xalat

Atlantik okeanında olan Bermud üçbucağının Sakit okeandakı analoqu belə adlanır

Şeytan üçbucağı

Məhz bu ölkə barıtı icat etmişdir

Çin

Onların qardan düzəldilmiş evləri iqlu adlanır 

Eskimosların

Bu abbreviaturanın açılışı ingilis dilində “Very İmportant Person”,yəni “çox əhəmiyyətli şəxs” deməkdir

VİP

II RAUND

Bu futbol klubu FİFA tərəfindən XX əsrin ən güclü futbol klubu elan edilib

Real Madrid

Riyaziyyatda həqiqi ədədlər çoxluğunu məhz bu hərflə işarə edirlər

«R» hərfi

Bu həm “Molla Nəsirəddin”çi karikatura ustası Şmerlinqin adı,həm də 1929-cu ildə təsis edilmiş və hər il “Kodak” teatrında təqdim olunan mükafatdır

«Oskar»

Bununla bağlı yayılan şayiələr 2012-ci ildə mağazaların əksəriyyətində şamların tükənməsinə səbəb olmuşdu

“Dünyanın sonu”(12 dekabr)

Tərkibində orqanizmdəki piylərin parçalanmasına kömək edən polifenol ehtiyatı olan bu çayı kofenin əvəzinə də içə bilərlər

Yaşıl çay

Ekstra sual-15 bal

Məzarın  başında bir qız ağlayır. Məzarda yatanın anası ağlayan qızın anasının qaynanasıdır. Məzarda yatan, ağlayan qızın nəyidir? 

Bibisi

III RAUND

”Bəyin oğurlanması” filmində rejissor Əsəd müəllim bu adlı yarıbədii,yarısənədli film çəkmək istəyirdi 

«Toy»

Atmosferdə havadakı su damlacıqlarından işığın sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisə belə adlanır

Göyqurşağı

Ölkəmizdə hər il “Müəllimlər günü”nü bu tarixdə qeyd edirik

5 Oktyabr

Bunların yazılışında 7 simvoldan istifadə olunur və sıfır rəqəmini ifadə edən simvol yoxdur

Rum rəqəmləri

Hazırkı dövrümüzdə hamımızın telefonumuzda istifadə etdiyimiz bu texniki qurğu Danimarka kralı Harald Blatandın adından götürülüb

Bluetooth

VI RAUND

”Bir kərə yüksələn bayraq bir daha enməz.” sözlərinin müəllifi olan bu şəxs AXC-nin süqutundan sonra mühacirət həyatı yaşamağa məcbur olmuş və 1955-ci ildə Türkiyədə vəfat etmişdir

Məmməd Əmin Rəsulzadə

Tropik ölkələrdə bitən bu meyvənin latınca adı ”musa paradisica”dır,ancaq onu biz bu adla tanıyırıq

Banan

Həndəsədə bir müstəvi üzərində dörd təpəsi və dörd tərəfi olan çoxbucaqlıya bu ad verilir

Dördbucaqlı

Bu meyvə amerikan sahibkarı Stiv Cobsun ən sevimli meyvəsi olduğundan o,Stefan Voznyakla birlikdə yaratdığı şirkətə məhz bu adı vermişdir

“Apple”

Azərbaycan dilində bu adda cümlə növü, nitq hissəsi və durğu işarəsi mövcuddur

Nida
Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin