29.1.12.
sığortaçının
nizamnaməsində
nəzərdə
tutulmuş
hallarda
sığortaçının adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;
29.1.13.
sığortaçının fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin
daxili yoxlanması barədə qərar qəbul etmək;
29.1.14.
müstəqil və ya daxili auditorların, habelə sığorta nəzarəti orqanının
yoxlamalarının nəticələrinə baxmaq, bu yoxlamaların yekunlarına dair tədbirlər
görmək;
29.1.15.
qanunvericiliklə, həmçinin sığortaçının nizamnaməsi ilə nəzərdə
tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
29.2.
Direktorlar Şurasının bu Qanunun 29.1.7-ci və 29.1.11-ci maddələrinə
ə
sasən qəbul etdiyi qərarlar Səhmdarların Ümumi Yığıncağının iclasının
gündəliyinə daxil edilməli və müzakirə olunmalıdır.
29.3.
Həyat sığortası fəaliyyəti ilə məşğul olan sığortaçının aktuarisini onun
Direktorlar Şurası təyin etməlidir.
Maddə 30. Sığortaçının Direktorlar Şurasının vəzifələri
30.1.
Sığortaçının Direktorlar Şurasının vəzifələri aşağıdakılardır:
30.1.1.
öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsi üçün sığortaçının
maliyyə vəsaitlərinin kifayət qədər saxlanılmasının təmin edilməsinə, sığortalılarla
ə
dalətli rəftar olunmasına, sığortaçının biznesinin və digər əməliyyatlarının idarə
olunmasına nəzarət etmək;
30.1.2.
sığortaçının mənafelərinə uyğun gəlməyən halların aradan
qaldırılması məqsədi ilə bu Qanunun VII Fəslində nəzərdə tutulmuş əlaqəli
şə
xslərlə bağlanan əqdlərin müəyyənləşdirilməsi və araşdırılması üzrə təlimatı
təsdiq etmək;
30.1.3.
müştərilərlə ədalətli rəftar olunması, o cümlədən, onlara müvafiq
məlumatların verilməsi, şəxsi məlumatlarının məxfiliyinin bu Qanuna uyğun
olaraq qorunması, sığorta hadisəsi ilə bağlı zərərlərin vaxtında və ədalətli
qiymətləndirilməsi, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin
sığorta tələbləri üzrə sığorta ödənişlərinin mümkün olan ən tez müddət ərzində
ödənilməsi, həmçinin sığortalıların və digər müştərilərin şikayətlərinə vaxtında
baxılıb həll edilməsi üzrə təlimatı təsdiq etmək;
30.1.4.
ə
həmiyyətli risklərin mütəmadi olaraq müəyyənləşdirilməsi,
qiymətləndirilməsi və nəzarətdə saxlanması məqsədi ilə risklərin idarə edilməsinin
daxili siyasətini və qaydalarını təsdiq etmək;
30.1.5.
böyük həcmli itkilərin baş verməsi risklərinin qarşısının alınması və
ə
vvəlcədən nəzərdə tutulan gəlir əldə edilməsi üçün bu Qanunun VI Fəslinin
tələblərinə cavab verən sığortaçının investisiya siyasətini təsdiq etmək;
30.1.6.
təkrarsığorta əməliyyatları üzrə siyasəti, o cümlədən təkrarsığortanın
etibarlılığını, risklərin bölüşdürülməsinin ümumi səviyyəsini, hər bir risk üzrə
şə
xsi tutumun və hər bir sığorta hadisəsi üzrə öhdəliyin yuxarı həddini və
təkrarsığortanın sığortaçı üçün məqbul hesab edilən digər meyarlarını təsdiq
etmək;
27
30.1.7.
sığortaçının bu Qanunun 30.1.1-30.1.6-cı maddələrində nəzərdə
tutulmuş siyasətə, strategiyalara və təlimatlara ciddi riayət etməsinə, şəraitin
dəyişməsi nəzərə alınmaqla bu sənədlərə mütəmadi qaydada yenidən baxılmasına
daimi nəzarəti həyata keçirmək.
Maddə 31. Sığortaçının İdarə Heyəti
31.1.
Sığortaçının İdarə Heyəti üç nəfərdən az olmayan tək sayda fiziki şəxs
olan üzvlərdən ibarətdir.
31.2.
İ
darə Heyətinin üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. İdarə
Heyətinin üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
31.3.
Digər hüquqi şəxsdə rəhbər vəzifə tutan şəxs sığortaçının İdarə
Heyətinin üzvü ola bilməz. Sığortaçının İdarə Heyətinin üzvü digər hüquqi şəxsdə
rəhbər vəzifəyə təyin olunduqda Səhmdarların Ümumi Yığıncağının qərarı ilə
İ
darə Heyətinin üzvü vəzifəsindən azad edilir.
31.4.
İ
darə Heyətinin üzvləri sırasından İdarə Heyətinin sədri və onun bir,
yaxud bir neçə müavini seçilir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin
ə
sasnaməsində müəyyən edilir.
31.5.
İ
darə Heyətinin iclası üzvlərinin yarısından çoxu iştirak etdikdə
səlahiyyətlidir.
31.6.
İ
darə Heyətinin qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu
ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı
bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə İdarə Heyəti sədrinin
səsi həlledici sayılır.
31.7.
İ
darə Heyəti fəaliyyətini Direktorlar Şurası tərəfindən işlənib
hazırlanan biznes strategiyasına, həmçinin bu Qanunun 29.1.10-cu maddəsinə
ə
sasən qəbul edilən qayda və prosedurlara uyğun olaraq həyata keçirir.
Maddə 32. Sığortaçının Təftiş Komissiyası, onun tərkibi və iclasları
32.1.
Sığortaçının Təftiş Komissiyası üç nəfərdən az olmayan tək sayda
fiziki şəxs olan üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı biri bu Qanunun 32.3-cü
maddəsinə uyğun olaraq seçilən müstəqil şəxs olmalıdır.
32.2.
Təftiş Komissiyasının üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər.
Təftiş Komissiyasının üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
32.3.
Sığortaçının və ya onunla əlaqəli şəxsin idarəetmə orqanının üzvü
olmayan, həmçinin özü və ya arvadı (əri) sığortaçının və ya onunla əlaqəli şəxsin
hər hansı səhminə malik olmayan şəxs Təftiş Komissiyasının müstəqil üzvü seçilə
bilər.
32.4.
Təftiş Komissiyasının üzvləri sırasından Təftiş Komissiyasının sədri
və onun bir, yaxud bir neçə müavini seçilir. Təftiş Komissiyasının sədrinin
səlahiyyətləri Təftiş Komissiyası haqqında əsasnamə ilə müəyyən edilir.
28
32.5.
Təftiş Komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak
etdikdə səlahiyyətlidir.
32.6.
Təftiş Komissiyasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs
çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə
zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə Təftiş
Komissiyasının sədrinin səsi həlledici sayılır.
Maddə 33. Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri
33.1.
Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri aşağıdakılardır:
33.1.1.
sığortaçının audit strategiyasını və siyasətini müəyyən etmək;
33.1.2.
daxili audit planlarını təsdiq etmək;
33.1.3.
müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının
səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;
33.1.4.
Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili
nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
33.1.5.
daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək;
33.1.6.
səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və
İ
darə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin
iclasını çağırmaq;
33.1.7.
qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata
keçirmək.
Maddə 34. Sığortaçının Təftiş Komissiyasının vəzifələri
34.1.
Sığortaçının Təftiş Komissiyasının vəzifələri aşağıdakılardır:
34.1.1.
sığortaçının maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan
ə
məliyyatlara və ya şəraitə nəzarət etmək;
34.1.2.
illik maliyyə nəticələrini müzakirə etmək üçün müstəqil auditorla
görüşlər keçirmək;
34.1.3.
sığortaçının rəhbər işçilərinin müstəqil auditorla birgə işini təşkil
etmək, müstəqil auditorun aşkarladığı çatışmazlıqların aradan qaldırılması və
tövsiyələrinin tətbiqi üçün tədbirlər görmək;
34.1.4.
sığortaçının
idarəetmə
orqanlarının
müstəqil
auditorlarla,
səlahiyyətli dövlət orqanları, o cümlədən sığorta nəzarəti orqanı ilə əməkdaşlığını
təmin etmək;
34.1.5.
sığortaçının daxili nəzarət sisteminin səmərəliliyini İdarə Heyəti ilə
müzakirə etmək;
34.1.6.
sığortaçının maliyyə hesabatlarına, o cümlədən illik balansına
baxmaq, müvafiq irad və tövsiyələrini Direktorlar Şurasına bildirmək;
34.1.7.
Direktorlar
Ş
urasının
təqdimatı
ə
sasında
ə
laqəli
şə
xslərlə
bağlanmasına bu Qanunla icazə verilən əqdlərə rəsmiləşdirilməzdən əvvəl baxmaq
29
və əqdin bu Qanunun tələblərinə və sığortaçının maraqlarına uyğunluğu barədə rəy
bildirmək.
Maddə 35. Sığortaçının daxili audit xidməti
35.1.
Daxili audit xidməti İdarə Heyəti ilə birlikdə sığortaçının daxili
nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir.
Daxili audit xidməti Təftiş Komissiyasının nəzarəti altında fəaliyyət göstərir.
35.2.
Daxili audit xidmətinin rəhbəri Təftiş Komissiyasının təqdimatı ilə
Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.
35.3.
Sığortaçılarda daxili auditin aparılması qaydaları sığorta nəzarəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 36. Yardımçı komitələr
36.1.
Direktorlar Şurası öz üzvləri sırasından yardımçı komitələr təşkil edə
və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə edə bilər.
36.2.
Yardımçı komitələrin təşkili və onlara müvafiq səlahiyyətlərin həvalə
edilməsi Direktorlar Şurasının səlahiyyətlərini və vəzifələrini məhdudlaşdırmır.
Maddə 37. Sığortaçının rəhbər işçilərinə dair tələblər
37.1.
Sığortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş
Komissiyasının
üzvləri, daxili audit xidmətinin rəhbəri, baş mühasibi və aktuarisi
sığortaçının rəhbər işçiləridir.
37.2.
Sığortaçının rəhbər işçisi aşağıdakı tələblərə cavab verməlidir:
37.2.1.
ali təhsili olmalıdır;
37.2.2.
müvafiq rəhbər vəzifəyə təyin olunmaq üçün aşağıdakı iş
təcrübəsinə malik olmalıdır:
37.2.2.1.
Direktorlar Şurasının sədri - istənilən sahədə rəhbər vəzifədə və ya
sığorta sektorunda ən azı 5 il;
37.2.2.2.
İ
darə Heyətinin sədri – sığorta sektorunda ən azı 3 il;
37.2.2.3.
Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının
üzvləri, habelə daxili audit xidmətinin rəhbəri – maliyyə sahəsində ən azı 3 il,
yaxud sığorta sektorunda ən azı 2 il;
37.2.2.4.
baş mühasib – maliyyə sahəsində baş mühasib kimi ən azı 3 il və
ya sığorta sektorunda mühasib kimi ən azı 2 il;
37.2.3.
qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunaraq
məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən
ə
n azı 12 ay əvvəlki dövrdə həmin hüquqi şəxsin Direktorlar Şurasının, Təftiş
Komissiyasının, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş
mühasibi olmamalıdır. Bu tələb həmin hüquqi şəxsin qanunvericiliklə müəyyən
30
edilmiş qaydada müflis elan olunaraq məcburi ləğvi haqqında qərarın qəbul
edildiyi tarixdən etibarən 5 il müddətində tətbiq edilir;
37.2.4.
sığortaçının rəhbər işçisi vəzifəsindən qanunvericiliklə müəyyən
olunmuş qaydada qeyri-qənaətbəxş fəaliyyətinə görə kənarlaşdırılmış olmamalıdır;
37.2.5.
səhmdarların Ümumi Yığıncağı istisna edilməklə, sığortaçının digər
idarəetmə orqanının üzvü olmamalıdır;
37.2.6.
bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu tələblərinə
uyğun gəlməlidir;
37.2.7.
sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən
həmin orqanda müvafiq attestasiyadan keçməlidir.
37.3.
Sığortaçının rəhbər işçilərinə dair bu Qanunun 37.2-ci maddəsinin
tələbləri sığortaçının rəhbər işçisi vəzifəsini müvəqqəti icra edən şəxslərə də şamil
olunur.
37.4.
Bu Qanunun 37.2-ci maddəsində göstərilən tələblərə cavab verməyən
şə
xslər rəhbər işçi vəzifəsinə uyğun hesab edilmir.
37.5.
Bu Qanunun 37.2.7-ci maddəsinin tələbi Direktorlar Şurasının
üzvlərinə şamil edilmir.
Maddə 38. Sığortaçının rəhbər işçilərinin təyin edilməsi
38.1.
Sığortaçının rəhbər işçisi vəzifəsinə sığorta nəzarəti orqanının razılığı
ə
sasında təyin edilir. Bu tələb sığortaçının idarəetmə orqanlarının üzvü vəzifəsinə
növbəti müddətə yenidən təyin edilən şəxslərə şamil olunmur.
38.2.
Sığorta nəzarəti orqanının razılığı olmadan sığortaçının rəhbər işçisi
vəzifəsinə təyinat, o cümlədən müvəqqəti təyinat barədə qərar qəbul edildiyi andan
etibarsızdır.
38.3.
Sığorta nəzarəti orqanı sığortaçının rəhbər işçisi vəzifəsinə təyinatla
bağlı müraciətin (şəxsin müvafiq tələblərə cavab verməsini təsdiqləyən
məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat
qaydasında təsdiq edilmiş surətləri ilə birlikdə) sığortaçı tərəfindən təqdim edildiyi
tarixdən 10 iş günü müddətində təyinata razılıq, yaxud bu Qanunun 37.2-ci
maddəsinin tələblərinə uyğunsuzluq aşkar etdikdə razılıqdan imtina barədə
sığortaçıya yazılı bildiriş göndərir.
38.4.
Sığorta nəzarəti orqanının hər hansı şəxsin sığortaçının rəhbər işçisi
vəzifəsinə təyinatı ilə bağlı müraciətinə bu Qanunun 38.3-cü maddəsində nəzərdə
tutulmuş müddətdə yazılı etiraz etməməsi qeyd olunan təyinata bu orqanın razılığı
kimi qiymətləndirilir.
38.5.
Aşağıdakı hallarda sığorta nəzarəti orqanı sığortaçıya rəhbər işçisinin
təyin edilməsinə verdiyi razılığın geri alınması və onun əsasında vəzifəyə təyin
edilmiş şəxsin vəzifəsindən kənarlaşdırılması ilə bağlı təqdimat verə bilər:
38.5.1.
razılığın verilməsi üçün əsas kimi götürülmüş məlumatların yanlış
olması sonradan aşkar edildikdə;
31
38.5.2.
rəhbər işçi sığortaçıdakı fəaliyyəti ilə bağlı yol verdiyi hüquq
pozuntularına görə son 1 il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə
cəlb edildikdə.
Maddə 39. Sığortaçının xarici fiziki şəxs olan rəhbər işçisi
Xarici fiziki şəxslər sığortaçının rəhbər işçisi vəzifəsinə Azərbaycan
Respublikasında xarici fiziki şəxslərin işə qəbul edilməsini tənzimləyən müvafiq
qanunvericiliyin tələbləri nəzərə alınmaqla təyin edilir.
Maddə 40. Sığortaçının rəhbər işçiləri üçün məlumatların açıqlığı
Rəhbər işçinin vəzifələrini yerinə yetirməsi üçün lazım olan məlumatlar, o
cümlədən maliyyə hesabatları və digər hesabatlar sığortaçı tərəfindən təmin
edilməlidir.
Maddə 41. Sığortaçının işçilərinin vəzifələri
41.1.
Sığortaçının işçiləri, o cümlədən rəhbər işçiləri qanunvericiliyə,
sığortaçının nizamnaməsinə və daxili sənədlərinə, əmək müqaviləsinin şərtlərinə
riayət etməli, funksiyalarının icrası zamanı sığortaçının mənafelərinin yüksək
səviyyədə təmsil olunması üçün çalışmalı, müvafiq şəraitdə mümkün olan qayğı,
çalışqanlıq və bacarıqla hərəkət etməlidirlər.
41.2.
Sığortaçının daxili sənədlərinin, həmçinin hər hansı müqavilənin
müddəaları sığortaçının rəhbər və digər işçilərini qanunvericiliklə müəyyən
olunmuş məsuliyyətdən azad etmir.
41.3.
Rəhbər və digər işçilər öz funksiyalarını bu Qanunun 41.1-ci
maddəsinin tələblərinə müvafiq olaraq yerinə yetirdikdə onların hər hansı
məsuliyyətə cəlb edilməsi ilə, o cümlədən hüquqlarının müdafiəsi ilə bağlı
xərclərinin əvəzi sığortaçı tərəfindən ödənilə bilər.
Maddə 42. Sığortaçının rəhbər işçiləri və müstəqil auditoru barədə məlumat
42.1.
Səhmdarların Ümumi Yığıncağının aşağıda göstərilən şəxslər barədə
qərar qəbul edilmiş hər iclasından sonra sığortaçı 10 iş günü ərzində sığorta
nəzarəti orqanına aşağıdakı məlumatları təqdim etməlidir:
42.1.1.
sığortaçının Direktorlar Şurasının, Təftiş Komissiyasının və İdarə
Heyətinin üzvlərinin:
42.1.1.1.
adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvanı;
42.1.1.2.
iş təcrübəsi və ixtisas keyfiyyətləri;
42.1.1.3.
digər hüquqi şəxsin idarəetmə orqanının üzvü olub olmaması
barədə məlumat;
42.1.1.4.
səlahiyyət müddətinin başa çatma tarixi;
32
42.1.2.
sığortaçının müstəqil auditorunun:
42.1.2.1.
adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvanı;
42.1.2.2.
təyin olunma tarixi;
42.1.2.3.
iş təcrübəsi və ixtisas keyfiyyətləri.
V Fəsil
Sığorta və təkrarsığorta fəaliyyətinin lisenziyalaşdırılması
Maddə 43. Lisenziyalaşdırmaya dair tələblər
43.1.
Sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyanın
verilməsi, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması, məhdudlaşdırılması
və ləğv edilməsi bu Qanunla müəyyən edilmiş qaydada sığorta nəzarəti orqanı
tərəfindən həyata keçirilir.
43.2.
Yeni təsis edilmiş açıq səhmdar cəmiyyətinin müvafiq olaraq sığorta
və ya təkrarsığorta fəaliyyətinə lisenziya 5 il müddətinə, lisenziya almaq üçün bu
Qanunun 57.1-ci maddəsinə əsasən müraciət edən sığortaçıların müvafiq olaraq
sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya isə müddətsiz verilir.
43.3.
Sığorta fəaliyyətinə verilən lisenziya sığorta və təkrarsığorta fəaliyyəti
ilə, təkrarsığorta fəaliyyətinə verilən lisenziya isə yalnız təkrarsığorta fəaliyyəti ilə
məşğul olmaq hüququ verir.
43.4.
Sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi üçün
müraciətə sığorta nəzarəti orqanı tərəfindən iki mərhələdə baxılır:
43.4.1.
təsisçilər və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs
(şəxslər) tərəfindən lisenziya verilməsi üçün edilən ilkin müraciətə baxılması;
43.4.2.
açıq səhmdar cəmiyyəti kimi dövlət qeydiyyatına alındıqdan sonra
lisenziya verilməsi üçün yekun müraciətə baxılması.
Dostları ilə paylaş: |