58
Bu vəzifə o qədər dəyərlidir ki, İslamın həyatı ondan asılı
bildirilir. Belə mühüm bir vəzifəni yalnız təsadüfən qüvvə əldə
etdikdə yerinə yetirmək rəvadırmı?!
142
Sual 74: Əmr be mə`ruf tə`sirsiz olacaqsa, artıq əziyyətə nə
ehtiyac var?
Cavab:
Qeyd etdik ki, imamların sözü və rəftarı şər`i hökm
üçün dəlildir. Əmr be mə`rufun tə`sir ehtimalı iki növdür: Birbaşa
tə`sir ehtimalı və gələcəkdə tə`sir ehtimalı. Bu iki ehtimaldan hər
hansı biri əmr be mə`rufu vacib edir.
Belə bir ehtimal ola bilər ki, pozucu bir müəssisənin xalq
arasında ifşa edilməsi bir müddət sonra öz tə`sirini göstərə bilər.
Müəssisənin öz işini dayandırmamasına
baxmayaraq, onun
tə`sirinin zəifləyəcəyi ehtimal olunarsa əmr be mə`ruf vacibdir.
Müasir dünyamızda əsarət buxovundan çıxa bilməmiş
millətlər düşmənə qarşı mənfi ictimai fikir yaratmaq üçün
çalışırlar. Bu yolda qanı axıdılanlar öz işlərinin nə vaxtsa səmərə
verəcəyinə ümid edirlər.
İlahi insanlar da qətlə yetiriləcəklərini bilsələr də, İslamın,
tövhidin və ümmətin nicatı
üçün cihad edir, xalqın oyanışı üçün
sə`y göstərirlər.
İmam Hüseyn (ə) əmin idi ki, onun qiyamı İslamı hifz edəcək,
müsəlman xalqları qəflət yuxusundan oyadacaq. İmam bilirdi ki,
hiyləgər əməvilər onu qətlə yetirməklə öz iç üzlərini açacaqlar.
Kərbəla faciəsi İslam dünyası üçün təkan oldu. Bu faciədən xəbər
tutan bütün xalqlar din düşmənlərinə qarşı mübarizəyə qalxdılar.
Tarix sübut etdi ki, Kərbəla faciəsi bəşəriyyətin yaddaşında
silinməz iz qoyub. Burada şəhid Mütəhhərinin bə`zi sözlərini
xatırlamaq yerinə düşər:” “Əmr be mə`rufun digər bir şərti tə`sir
ehtimalıdır. Yə`ni bu vəzifə namaz kimi mütləq əmr deyil. Bizə
deyirlərsə ki, namaz qılmalısınız, bu namazın tə`sirləri barədə
soruşmağa dəyməz. Amma əmr be mə`ruf və nəhy əz münkər
tədbirlə yerinə yetirilməlidir. Bu işdə nəticə əsasdır. Necə ki, işin
qazancı ona qoyulan xərcdən çox olmalıdır.
Şiəlikdə "təqiyyə" adlanan inanc da var. Təqiyyə əmr be
mə`rufun taktikasıdır. Yə`ni müdafiə silahından istifadə,
zərbə
vurub, əks-zərbədən qaçmaq.”
142
“Həmaseyi Hüseyni”, c. 1 s. 304-312.