Шүбһә доғуран суаллар


Sual 85: Əhli-beytə əzadarlıq keçirilməsi barədə rəvayət  vardırmı?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə48/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   44   45   46   47   48   49   50   51   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 86
Sual 85: Əhli-beytə əzadarlıq keçirilməsi barədə rəvayət 
vardırmı? 
Cavab: Bu mövzuda rəvayət çoxdur. Misal olaraq, bir neçə 
rəvayət göstərə bilərik: 
1. İmam Sadiq (ə) buyurmuşdur: “Allah bizim şiələrimizə 
rəhmət etsin. And olsun Allaha, onlar mö`mindirlər. And olsun 
Allaha, onlar öz sonsuz kədərləri ilə bizim müsibətlərimizə 
həmdərddirlər.”
153
153
“Biharül-ənvar”, c. 43. s. 222. 


69 
2. İmam Riza (ə) buyurmuşdur: “Bizim müsibətlərimizi 
xatırlayıb, çəkdiyimiz əzablar üçün ağlayan kəs qiyamət günü 
bizimlə 
olacaq, 
bizim 
dərəcəmizə 
çatacaqdır. 
Bizim 
müsibətlərimizi bəyan edib ağlayan və başqalarını ağladan kəs 
gözlər ağlayacağı qiyamət günü ağlamaz. Hər kəs bizim işimizin 
ayağa qaldırıldığı bir məclisdə əyləşsə, qəlblərin öləcəyi gün qəlbi 
ölməz.”
154
3. İmam Sadiq (ə) Füzeylə buyurdu: “Əzadarlıq məclisi 
qurub, Əhli-beytdən və onun başına gələnlərdən danışırsınızmı?” 
Füzeyl bildirdi ki, belə məclislər qurulur. İmam buyurdu: “Bizim 
işimizi dirildin. Bizim işimizi dirildənlər Allahın mərhəmətinə 
qovuşar...”
155
Sual 86: İmam Hüseyndən (ə) sonrakı imamlar (ə) ona əza 
saxlayıblarmı? 
Cavab: İmam Sadiq (ə) buyurur: “Aşura hadisəsindən sonra 
İbn Ziyadın ölümünədək Bəni-haşim xanımlarından heç biri sürmə 
çəkmədi, xına yaxmadı, evlərindən xörək bişdiyini bildirən ocaq 
tüstüsü qalxmadı. Qanlı Aşura faciəsindən sonra gözlərimiz daim 
yaşlı oldu.”
156
İmam Səccad (ə) Kərbəla hadisəsi ilə əlaqədar bütün ömrünü 
göz yaşları içində keçirdi. Ona su təklif olunanda ağlayaraq 
buyururdu: “Peyğəmbər oğlu susuz öldürüldüyü halda mən necə 
su içim?!”
157
İmam Baqir (ə) Aşura günləri imam Hüseyn (ə) üçün 
əzadarlıq məclisi qurardı. Bu məclislərdən birində şair Kumeytin 
oxuduğu şe`rdən tə`sirlənən imam Baqir (ə) buyurur: “Var-
dövlətim olsaydı, bu şe`rinə mükafat verərdim. Amma sənin 
mükafatın həzrət Peyğəmbərin (s) Həssan ibn Sabit haqqındakı 
duasıdır. Həzrət ona buyurmuşdu: “Biz Əhli-beyti daim müdafiə 
etdiyin üçün səni Ruhul-Qüdüs təsdiq edəcək.”
158
İmam Kazim (ə) buyurmuşdu: “Elə ki, məhərrəm başladı, 
atam gülməzdi. Üzü kədərli olardı, məhərrəmin onunadək 
yanaqlarından yaş süzülərdi. Həmin gün atamın müsibəti son 
154
“Biharül-ənvar”, c. 43. s. 222. 
155
“Biharül-ərvar”, c. 43, s. 282-289. 
156
“İmam Həsən və imam Hüseyn (ə), s. 114. 
157
“Biharül-ənvar”, c 44, s. 145. 
158
“Misbahul-mütəhəccid”, s. 713. 


70 
həddə çatar, fasiləsiz ağlayıb buyurardı: “Bu gün babam Hüseynin 
(ə) şəhadət günüdür.
159
İmam Riza (ə) buyurmuşdur: “Elə ki, məhərrəm ayı çatdı, 
atamı gülən görən olmazdı. Bu vəziyyət Aşura gününədək davam 
edərdi. Həmin gün atam son həddə kədərlənib ağlayar və deyərdi: 
“Belə bir gündə Hüseyni (ə) qətlə yetirdilər. Ona Allahın 
salamı olsun.”
160
Kərbəla müsibəti ilə əlaqədar imam Riza (ə) buyurmuşdur: 
“İmam Hüseynin (ə) müsibət günü gözlərimizdən fasiləsiz yaş 
axar, göz qapaqlarımız yara olardı.”
161
Rəvayətlərə görə, əsrin imamı (ə) babasının şəhadətinə görə 
ağlayır.
162

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin