Шүбһә доғуран суаллар


Sual 81: İslam dini hökumətə qarşı çıxmağa icazə vermirsə,  nə üçün imam Hüseyn (ə) mövcud rejimə qarşı qiyam qaldırdı?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə46/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   42   43   44   45   46   47   48   49   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 82
Sual 81: İslam dini hökumətə qarşı çıxmağa icazə vermirsə
nə üçün imam Hüseyn (ə) mövcud rejimə qarşı qiyam qaldırdı? 
Cavab: Heç şübhəsiz ki, İmamın qiyamı mövcud 
hakimiyyətə qarşı idi. Bə`zi məzhəblərdə belə bir qiyama qeyd-
şərtsiz icazə verilmirsə də, şiəlikdə belə deyil. 
Bu məsələnin siyasi fəlsəfəsi vardır. Əvvəlcə bilməliyik ki
insan nə üçün dövlətə itaət etməlidir. Şiəliyə görə hökumət qanuni 
və ya qeyri-qanuni ola bilər. Həzrət Mehdinin (ə) qeybəti 
dövründə yalnız ədalətli fəqihin hökuməti qanuni sayılır. Adi 
halda qeyri-qanuni hökumətlə həmkarlığı haram sayan fəqihlər 
ölkəyə düşmən hücum etdiyi vaxt bu hücumun qarşısını almaq 
üçün uyğun həmkarlığa icazə verirlər. Məsələn, Həzrət Əli (ə) 
İslam dininin hifzi üçün xəlifələrə bey`ət etdi. 
Amma imam Hüseyn (ə) dövrü həzrət Əlinin (ə) dövründən 
fərqlənirdi. Əgər İmam Yezidlə bey`ət edərdisə, onun cəmiyyətdə 
günahkarlığa rəvac verməsi ilə razılaşmış olardı. Demək, qarşısına 


67 
dini məhv etmək vəzifəsini qoymuş hakimiyyətlə həmkarlıq caiz 
deyil, əksinə, ona qarşı mərhələli şəkildə mübarizə aparılmalıdır. 
Sual 82: Nə üçün həzrət Müslim imkanı olduğu halda ibn 
Ziyadı öldürmədi? 
Cavab: Qur`ani-kərim və Əhli-beyt buyuruqlarında düşmənə 
zülm və hiylə yolu ilə qalib gəlmək pislənilir. Həzrət Əlinin (ə) 
hakimiyyəti dövründəki müharibələrdən birində İslam düşmənləri 
meşədə gizləndilər. Bir şəxs Həzrətə (ə) meşəni yandırmağı təklif 
etdi. İmam buyurdu: “Zülmlə qələbə qazanmaq olmaz.” 
Həzrət Müslim də Əhli-beyt məktəbinin yetirməsi idi. Xəstə 
Hanini yoluxmağa gələn ibn Ziyadın qətlə yetirilməsi Müslimə 
təklif olunanda ev sahibi Hani bu təklifə e`tiraz etdi. Müslim ibn 
Ziyadı öldürməməsini belə əsaslandırır: “Mən onu iki şeyə görə 
öldürmədim: evinə qan tökülməsini istəməyən Haninin e`tirazı və 
həzrət Peyğəmbərin (s) bir buyuruğuna görə. Həzrət buyurmuşdur: 
“Qəfil hücum əqidəsinə yol bağlıdır...”
151

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin