68
İslam ədəbiyyatında “terror” mə`nasını “fətək”
sözü ifadə
edir. İslam fiqhinə görə:
1. İstənilən firqədən, məzhəbdən olan günahsız insanı
istənilən bir yerdə öldürmək haramdır. İslam dini 2002-ci il 11
sentyabr tarixində NYU-Yorkda və Vaşinqtonda günahsız
insanların ölümü ilə nəticələnmiş terror hadisəsini pisləyir. İstər
Fələstində, istər İraqda, istərsə
də Vaşinqton və NYU-Yorkda
günahsız insanların qırğını İslam prinsiplərinə ziddir.
2. Cinayətkar yalnız agah və adil əmr sahiblərinin hökmü ilə
qətlə yetirilə bilər.
Sual 84: İmam Hüseyn (ə) əzadarlığının hikməti nədir?
Cavab: Bu məclislər
kamil insan tərbiyəsində, ictimai
quruculuqda, şiə mədəniyyətinin təbliğində mühüm rol oynayır.
Aşura bəyanatlarını, söhbətlərini və şüarlarını
nəzərdən
keçirməklə əzadarlıq mərasimlərinin əhəmiyyətini anlamaq olar.
Kərbəla ibadət, fədakarlıq, şücaət, təvəkkül, səbr, əmr be mə`ruf
və nəhy əz münkər məktəbidir.
Xalqlar öz dinlərinin,
namuslarının, torpaqlarının müdafiəsi yolunda candan keçməyi bu
məktəbdə öyrənirlər.
İmam Hüseyn (ə) əzadarlığının ümumiləşdirilmiş şəkildə üç
faydası vardır:
1. Dövrün zalımlarına e`tiraz və dünya məzlumlarının
himayəsi;
2. Ədalət hissinin oyanışı və zalımlardan
intiqam almaq
arzusunun güclənməsi;
3. Haqqa çatmaqda və onun müdafiəsində şiələrin ictimai
birliyinin tə`limi.
Dostları ilə paylaş: