Шүбһә доғуран суаллар


Sual 79: Ağıl və şəriət qəbul edirmi ki, insan bilərəkdən  özünü və ailəsini təhlükəyə atsın?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə45/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   41   42   43   44   45   46   47   48   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 80
Sual 79: Ağıl və şəriət qəbul edirmi ki, insan bilərəkdən 
özünü və ailəsini təhlükəyə atsın? 
Cavab: Özünü təhlükəyə atmaq şəraitdən asılı olaraq bə`zən 
haram, bə`zən isə vacibdir. Əgər İslam dininin varlığı 
təhlükədədirsə və insan öz canından keçməklə bu işin qarşısını ala 
bilərsə, meydana atılmaq vacibdir. Kimə icazə verilir ki, canını 
qurtarmaq üçün İslamın məhvinə “hə” desin. Məmləkəti 
düşməndən qorumaq üçün ordunun bir hissəsi şəhid olmalıdırsa, 
can barədə düşünmək olmaz. 
Bəli, İslamda canı təhlükədən qorumaq barədə göstəriş var. 
Amma bə`zən bir insanın ölümü bir xalqa həyat verir. Demək, can 
o vaxt qorunmalıdır ki, həyat ölümdən faydalı olsun. 
“Öz əlinizlə özünüzü təhlükəyə atmayın” buyurulan ayədə
çox güman ki, nahaq ölümdən və xəsarətdən danışılır.
150
Sözsüz 
ki, vətəni düşməndən qoruyan mücahidlə cansız, kövrək budağa 
dırmanıb meyvə dərmək istəyən adamı eyni tutmaq olmaz. 
Birincinin ölümü şərəf, ikincinin ölümü isə əbəsdir. 
150
“Bəqərə”, 195. 


65 
İmam hamıdan elmli və mə`sum olduğu üçün səhvə yol verə 
bilməzdi. Digər bir tərəfdən, imamı şəhadətə yetirmək qərarında 
olan Bəni-üməyyə var idi. İmam Hüseynin (ə) qarşısında dinini və 
imanını qorumaq üçün şəhadətdən başqa yol qalmamışdı. 
Sual 80: İmam Hüseyn (ə) şəhadətə yetəcəyini bildiyi halda, 
nə üçün ailəsini özü ilə apardı? 
Cavab: İmam Hüseyn (ə) qiyamı iki məsələni işıqlandırırdı: 
şəhadət və həqiqətin bəyanı. Bu qiyamda qadınların vəzifəsi 
həqiqəti işıqlandırmaq idi. İmam Hüseyn (ə) həzrət Peyğəmbəri (s) 
yuxuda gördükdən sonra ona aydın oldu ki, ailəsinin əsarəti 
Allahın istəyidir. 
Heç bir mütəxəssis qadınların tarixdəki rolunu inkar etmir. Ən 
azı tarixi yaradan kişiləri dünyaya qadın gətirir. Ümumiyyətlə 
qadının tarixdəki rolunu nəzərə alsaq, onları üç qismə ayıra 
bilərik: 
1. Dəyərli əşya mislində olub, tarixdə rol oynamayan 
qadınlar. Belə qadınlar kişilərə yalnız qiymətli əşya kimi tə`sir edə 
bilmiş, heç bir ictimai rola malik olmamışlar. 
2. Cəmiyyətə çıxıb, dəyərini itirən qadınlar. Bə`zi 
cəmiyyətlərdə qadın istədiyi yerə gedə bilirsə də, öz insani 
şəxsiyyətini, qadın müqəddəsliyini yollarda itirir. Qadının təbiəti 
onun kişi üçün dəyərli olmasını tələb edir. Kişilərin nəzərində 
möhtərəm sayılmayan qadının psixoloji durumu gərgin olur. 
3. Qadın şəxsiyyətini qoruyaraq ictimai həyatda rol oynayan 
qadın. İslam nəzərincə, qadın həm ictimai, həm də fərdi baxımdan 
dəyərli olmalıdır. Allah-taala Adəmlə yanaşı Həvvanın, İbrahimlə 
yanaşı Saranın, İsa ilə yanaşı Məryəmin şəxsiyyətini dəyərləndirir. 
Həzrət Fatimə (s) “kövsər” adlandırılır. 
İslam tarixində həzrət Fatimə (s) (Zəhra) ən nümunəvi 
qadındır. Yalnız ev işlərini xoşlayan Fatimə (s) məsciddə elə bir 
xütbə söyləyir ki, mahir natiqlər heyran qalır. Amma o, öz 
ehtiramını qorumaq üçün pərdə arxasından danışır! 
Bu baxımdan Kərbəla hadisəsi yalnız kişilərin yox, eləcə də 
qadınların rol oynadığı tarixi gerçəklikdir. Aşura günü günortadan 
sonra həzrət Zeynəb (ə) mübarizə sükanını öz əlinə alır. Artıq işin 
davamı onun öhdəsindədir. Həzrət Zeynəb (ə) İmamın cənazəsi 
üstə düşmənləri də ağladan ilk əzadarlıq məclisini qurur. O, imam 
Səccada, karvandakı qadınlara və uşaqlara himayədarlıq edir. Kufə 


66 
darvazası qarşısında Əlinin şücaətindən, Fatimənin həyasından 
danışıb, Kufə camaatını ittiham edən Zeynəbdir. Budur İslamın 
istədiyi qadın obrazı − ictimai şəxsiyyəti inkişaf etmiş, həyalı bir 
qadın! 
İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının bir neçə 
faydası oldu: 
− aydın oldu ki, İslam dinində ictimai vəzifə təkcə kişilərə aid 
deyil. Əsir düşmüş ailə Kərbəla qiyamını davam etdirdi, qiyamın 
mahiyyətini tarixə öz əli ilə qeyd etdi. 
− Kərbəla hadisəsinədək İslam haqqında yanlış təsəvvürdə 
olan Dəməşq əhli əsirlərin təbliğatı sayəsində həqiqi İslamı və bu 
İslamın düşməni olan Bəni-üməyyəni tanıdı. 
− İmamın ailəsinin Kərbəlada iştirakı sayəsində qeyri-insani 
Yezid rejiminin iç üzü açıldı. İmam Səccad (ə) bu zalımlara üz 
tutaraq deyir: “Tutaq ki, öldürmək istəyirsiniz, bəs nə üçün bu 
sayaq? Nə üçün quş kimi bədənləri tikə-tikə edirsiniz? Nə üçün 
suyun qabağını kəsirsiniz? Nə üçün öldürdüyünüzü dəfn 
etmirsiniz? Nə üçün xeymələrə hücum edirsiniz? Nə üçün İmamın 
körpəsini öldürürsünüz?
Bəli, İmamın ailəsinin çıxışları Kərbəladan sonrakı 
mərhələnin əsasını təşkil edirdi. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin