Sual 95: Əzadarlıq, müsibət zikri zamanı necə olur ki, insan
qəmlənir, göz yaşları axıdır?
Cavab: Bəli, belə bir hal hər əzadar üçün müyəssər deyil.
Həqiqi sevgi, həqiqi hicran, həqiqi qüssənin əsasları var.
165
“Üsule-kafi”, c. 2.
166
a. 109
76
Əvvəla, qəmli hadisələr, müsibətlər yada salınan vaxt
kədərlənmək insan üçün qiymətli halətdir.
167
İkincisi, ağlamaq insanın mə`rifəti ilə bağlı təzahürdür. Buna
görə də, mə`sumlara verilən işkəncələri xatırlayarkən qəmlənib
ağlamayan insanlar Əhli-beyt ilə daha yaxından tanış olmalıdırlar.
Bu ilahi insanlarla daha yaxından tanış olmaq üçün onların
həyatını mütaliə etməli, onların buyuruqları barədə düşünməli, ən
əsası, bu şəxsləri nümunə kimi tanıtdıran Allahı tanımalıyıq.
Kənar mövzularda çox danışmaq, çox günaha yol vermək,
uzun-uzadı arzular, dünya malına sevgi, zalım və dəyərsiz
insanlarla yoldaşlıq, çox gülmək, ibadətdən uzaqlıq insanın qəlbini
daşlaşdırır, onun diqqətini ilahi həqiqətlərdən yayındırır.
168
Bəli, insanı insan edən duyumlu, mərhəmətli, diri qəlbdir.
Qəlbi yumşaltmaq, diriltmək üçün zikr olunmuş bə`zi tədbirləri
sadalayaq: ölüm haqqında düşünmək, moizə və nəsihət dinləmək,
ilahi ayələr və qiyamət haqqında fikirləşmək, fəzilət sahibləri ilə
ünsiyyət, yoxsulları doyurmaq, yetimlərə mərhəmət, Allahın zikri,
Əhli-beytlə yaxınlıq, Qur`an qiraəti, çoxlu tövbə.
Sual 96: Şiəlik yalnız əzadarlıqdanmı ibarətdir?
Cavab: Şiələrin Qədir-xum, Fitr, Qurban, Məb`əs və 14
mə`sumun doğum günü kimi əzəmətli bayramları var. Şiəliyin
qəm-qüssə məzhəbi kimi tanınması bu məzhəbin yox, bə`zi ifratçı
şiələrin nöqsanıdır. İslamda Əhli-beytə əzadarlıq tövsiyə olunduğu
qədər bayram və şadlıqlar da tövsiyə olunmuşdur. Həzrət
Peyğəmbər (s) buyurur: “Mö`mini sevindirən məni sevindirmişdir,
məni sevindirən isə Allahı sevindirmişdir.”
169
Tarixi baxımdan, şiəlikdə əzadarlıqların çoxluğu Əhli-beytə
edilən zülmlərlə bağlıdır. Tarixdə bu zülmün misli yoxdur. Tarix
Kərbəla hadisəsi qədər ağır faciəyə heç vaxt şahid olmamışdır.
Zalım hakimlər, qansız təcavüzkarlar tərəfindən qırğın edilmiş
xalqlar faciənin, qəm-qüssənin nə olduğunu yaxşı anlayır və hüzn
günlərini xüsusi qeyd edirlər.
167
“Vəsailüş-şiə”, c. 4, s. 1121
168
“Biharül-ənvar”, c. 71 s, 281, c. 70, s 55, c. 78, s. 83, c. 75, s. 370, c. 1, s.
203, c. 77, s. 45.
169
“Mizanül-hikmə”.
|