Шүбһә доғуран суаллар



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə38/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   34   35   36   37   38   39   40   41   ...   60
Şübhə doğuran suallar

Sual 71: Mən əmr be mə`ruf (yaxşılığın əmri) və nəhy əz 
münkər (pisliyin qadağası) üçün qiyam etdim” deməkdə imamın 
(ə) məqsədi nə idi? 
Cavab: İmam Hüseynin (ə) bu sözləri əmr be mə`ruf və nəhy 
əz münkərin əhəmiyyətini bildirir. 
Əmr be mə`ruf və nəhy əz münkər bütün ibrahimi dinlərdə 
peyğəmbərlərin, imamların və mö`minlərin əsas vəzifəsi kimi 
tanıtdırılır. Bu sırf şər`i vəzifə deyil. Bu vəzifə peyğəmbərlərin 
göndərilməsinin əsas səbəbidir. Çünki maddi aləm yaxşılıqların və 
pisliklərin, haqqın və batilin, zülmət və nurun, fəzilət və rəzilliyin 
mübarizə meydanıdır. İlahi dinlər yaxşılıq və pisliyi tanıtdırır, 
yaxşılığı əmr edir və pisliyə qadağa qoyur. 
İslam Peyğəmbəri (s) bu barədə buyurur: “Əmr be mə`ruf və 
nəhy əz münkər edən şəxs yer üzündə Allahın, ilahi kitabın və 
Allahın rəsulunun canişinidir.”
137
Həzrət Əli (ə) buyurur: “Əmr be 
mə`ruf və nəhy əz münkər” şəriətin sütunudur.”
138
Qur`anı-kərim mö`minlərdə yaxşılığın əmri və pisiyin 
qadağası xüsusiyyətini namaz və zəkat kimi xüsusiyyətlərdən 
qabaq xatırladır.
139
İmam Baqir (ə) bir hədisdə buyurur: “Əmr be mə`ruf və nəhy 
əz münkər peyğəmbərlərin yolu, salehlərin məramıdır. Digər vacib 
işlər bu vacib əmrin sayəsində gerçəkləşir. Yolların asayişi, 
qazancların halallığı, düşmənlərin insafa vadar edilməsi, bir sözlə 
bütün işlər onun sayəsində mümkün olur”.
140
Demək, yaxşılığın əmri və pisliyin qadağası yalnız imam 
Hüseynin yox, bütün peyğəmbərlərin, imamların, mö`minlərin 
137
“Mizanul-hikmət”, c. 3, s. 80. 
138
“Ğürərül-hikəm”, c. 2, s. 400. 
139
“Tövbə”, 7 
140
“Üsule-kafi”, c. 5, s. 55. 


56 
vəzifəsidir. Amma imam Hüseynin (ə) vaxtında yaxşılıqla pislik 
elə qatma-qarışıq düşmüşdü ki, dinin varlığı üçün təhlükə 
yaranmışdı. İmam Hüseyn (ə) İslamın yalnız əmr be mə`ruf və 
nəhy əz münkər sayəsində dirçələcəyinə əmin idi. Ona görə də öz 
qiyamının məqsədi kimi əmr be mə`ruf və nəhy əz münkəri 
göstərirdi.
141

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin